Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yenilənmiş konstitusiya çap olunub


Azərbaycan Konstitusiyasının yeni variantı normativ hüquqi aktların vahid internet elektron bazasında yerləşdirilib (Yenilənmiş konstitusiya).


Bu il sentyabrın 26-da keçirilmiş referendumda konstitusiyaya dəyişikliklər qəbul edilib. 

Oktyabrın 12-də qüvvəyə minmiş referendum aktına əsasən, ana qanunda prezident seçilmək, baş nazir təyin edilmək, hakim olmaq, deputat mandatı almaq, nazir postu tutmaq üçün yaş senzi aradan qaldırılıb, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artıb, dövlət başçısı növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ alıb.

Başqa bir əsas yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.

Azərbaycan Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib.

2002-ci il avqustun 24-də keçirilmiş referendumda ana yasaya dəyişikliklər olunub, parlament seçkisində proporsional sistem ləğv edilib, baş nazir ölkənin ikinci ali vəzifəli şəxsi statusuna gətirilib.

2009-cu il martın 18-də Azərbaycanda ana yasa dəyişikliyini nəzərdə tutan daha bir referendum keçirilib, Azərbaycan prezidenti seçilməyə məhdudiyyət aradan qaldırılıb. Konstitusiyanın əvvəlki variantına görə, eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Azərbaycan prezidenti seçilə bilməzdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar