Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yenilənmiş ipoteka şərtləri aztəminatlı ailələrin mənzilə olan ehtiyacın həll edəcək?

Ramin Osmanlı: “Biz gözləyirdik ki, Müşahidə Şurası ipoteka kreditlərinin faiz dərəcələrində mühüm dəyişiklik edəcək”


“Bu gün faiz dərəcələrinin aşağı salınmaması deməyə əsas verir ki, ipoteka əlçatanlığı o qədər də ürəkaçan səviyyədə iqtisadi tələblərə adekvat şəkildə olmayacaq”

Bu sözləri Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı yenilənmiş ipoteka şərtlərindən aztəminatlı ailələrin yararlanma imkanlarını PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Azərbaycanda “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar dəqiqləşdirilib. Depoziti olanlar, iş yersiz amma VÖİN-lə işləyənlər, divident alanlar ipotekaya müraciət edə bilərlər. Əsas yenilik isə ipoteka kreditinin məbləğinin 50 min manatdan 100 min manata qaldırılmasıdır. Qaydalara görə, ipoteka krediti ilə ev alınanda ilkin ödəniş 15-25% arasında olmalıdır. Güzəştli ipotekada ilkin ödəniş evin qiymətinin 15%-i, adi ipoteka kreditlərində isə 15-25% arasında dəyişə bilər. Başqa sözlə, banklar müştərilərdən indiyə qədər olduğu kimi, 30-40% ilkin ödəniş tələb etməyəcəklər. Yalnız müştərinin öz istəyi olduqda ilkin məbləği artıra bilər. İpoteka krediti üzrə aylıq ödənişlərin həcmi ilə bağlı tələb bir daha dəqiqləşdirilib. Yəni, ipoteka krediti üzrə aylıq ödəniş borcalanan və ya borcalanların ümumi gəlirinin 70%-dən artıq olmamalıdır.

Yenilənmiş ipoteka şərtləri kasıb əhalinin mənzilə olan ehtiyacının həll edə biləcək və ipoteka kreditlərinin aztəminatlı ailələr üçün əlçatan edilməsi üçün daha hansı zəruri addımlar atılmalıdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlıya müraciət edib. 



Ramin Osmanlı: “İndiki ipoteka şərtlərində ciddi dəyişiklik olmayıb”.


Ekspert qeyd edib ki, bu günkü mövcud şəraitdə ipoteka kreditlərinin dəyişdirlimiş şərtlər daxilində tam olaraq sosial mahiyyət daşıdığını və əhalinin mənzilə olan tələbatını ödəyəcəyi ilə bağlı fikir səsləndirmək bir qədər çətindir:

“Bu günkü mövcud şəraitdə ipoteka kreditlərinin dəyişdirlimiş şərtlər daxilində tam olaraq sosial mahiyyət daşıdığını və əhalinin mənzilə olan tələbatını ödəyəcəyi ilə bağlı fikir səsləndirmək bir qədər çətindir. Çünki depoziti olanlar, iş yersiz amma VÖİN-lə işləyənlər, divident alan şəxslər, yəni müəyyən tələblərə cavab verən şəxslər mənzildən yararlana bilər. Bu da o deməkdir ki, həmin şəxslərin maddi imkanları ən azı orta səviyyədədir. Bu baxımdan mən deyə bilərəm ki, indiki ipoteka şərtlərində ciddi dəyişiklik olmayıb. 

Biz gözləyirdik ki, Müşahidə Şurası ipoteka kreditlərinin faiz dərəcələrində mühüm dəyişiklik edəcək. Bu da aztəminatlı ailələrin ipoteka kreditlərinə əlçatanlığın artıracaq. Amma çox təəssüflər olsun ki, hələlik ipoteka kreditlərində fazilərinin aşağı salınması haqqında qərar verilməyib. Ola bilsin ki, gələcəkdə bununla bağlı məsələlərə yenidən baxılacaq və müvafiq qərarlar qəbul olunacaq. Amma bu gün faiz dərəcələrinin aşağı salınmaması deməyə əsas verir ki, ipoteka əlçatanlığı o qədər də ürəkaçan səviyyədə iqtisadi tələblərə adekvat şəkildə olmayacaq. Hər bir halda gözləyək görək gələcəkdə nə olacaq.

Ramin Osmanlı: “İpoteka kreditlərində faiz dərəcələri 15-20 faizin altında saxlanılacaq”.


Yeni qaydaların tətbiqindən sonra müvəkkil bankların ilkin ödəniş şərtlərinə dəyişiklik edəcəyi gözlənilir. Ən azından İpoteka Fondu ilkin ödəniş şərtlərinə nəzarət edəcək. Bildiyimiz kimi ipoteka rəqəmləri 50.000 manatdan 100.000 manata qədər artırılıb. Bu kifayət qədər normal bir rəqəmdir və bu rəqəm mənzil almaq üçün yaradılan imkanları genişləndirib. 

Məsələn əvvəl 80.000 mənzili almaq istəyən şəxs, 50.000 kredit verəndə onun 20-30.000 tapmalı idi. Bundan əlavə də müvəkkil banklar ilkin ödəniş fazilərin 20 faizdən 50 faizə qədər qaldırdılar. Amma indi hesab edirəm ki, bu rəqəmlərə yenidən baxılacaq. Ən azından ipoteka kreditlərində faiz dərəcələri 15-20 faizin altında saxlanılacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar