Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni “Əsrin müqaviləsi” Azərbaycana hansısa siyasi dividendlər gətirə bilərmi?


“Azərbaycan tərəfi müqavilənin müddətinin uzadılması deyil, yeni müqavilənin imzalanmasında israrlı idi”


“Müqavilənin Azərbaycana verə biləcəyi siyasi dividend  ölkənin regionda və regiondan kənarda olan nüfuzuna təsirdən ibarətdir”.

Bu sözləri enerji məsələləri üzrə eskpert İlham Şaban PİA.AZ saytına verdiyi açıqlamada qeyd edib.

Dünən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalanıb.  Saziş AÇG yatağının 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək. Azərbaycan prezidenti İlham Əliyev, I vitse prezident xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, xarici şirkətlərin nümayəndələrinin də iştirak etdiyi mərasimdə BP, SOCAR, “Chevron”, “Inpex, “Statoil”, “ExxonMobil”, TPAO, “Itochu” və “ONGC Videsh Ltd.” OVL şirkətlərinin rəhbərləri arasında saziş imzalanıb. 

Onu da qeyd edək ki, Bakıda “Əsrin müqaviləsi”  adlandırılan pay bölgüsü haqqında müqavilə 1994-cü ilin sentyabr ayında bağlanılıb və onun müddəti 2024-cü ildə başa çatırdı. Maraqlıdır ki. indiki şəraitdə müqavilənin yenilənməsi və müddətinin 2050-ci ilə qədər uzadılması hansı zərurətdən doğdu? 1994-cü il müqaviləsi ilə bu gün imzalanan müqavilə arasında hansı fərq var? 

“Əsrin müqaviləsi”nin uzadılmasının təsirləri ilə bağlı PİA.AZ-ın əməkdaşı Neft Araşdırmaları Mərkəzinin direktoru, enerji məsələləri üzrə eskpert İlham Şabanın fikirlərini yörənib.

Image result for ilham saban

İlham Şaban: “Bu müqavilənin müddətinin uzadılması hasilatla bağlıdır”.


Azərbaycanın müqavilənin müddətinin uzadılmasında elə də maraqlı olmadığını vurğulayan ekspert İlhama Şaban hesab edir ki, ölkəmiz əsas məqsədi yeni müqavilənin imzalanması idi:

““Əsrin müqaviləsi”nin yenilənməsi və müddətinin uzadılması  obyektiv səbəblərindən biri hasilatın azalması ilə bağlıdır. Müqavilənin başa çatmasına cəmi 7 il qalırdı və hasilatın stabilləşdirilməsi, yəni neft həcmlərinin ilbəil azalma tempinin qarşısını almaq üçün yeni platforma tikmək və yeni investisiyalar lazım idi. Ancaq xarici şirkətlər belə hesab edirdilər ki, bu, kapitalyönümlü layihədir və bu addımı atmaq neftin aşağı qiymətlərində qoyulan kapitalı faktiki olaraq, çıxarmaq mümkün olmayacaq. Bu baxımdan şirkətlərin arzusu “Əsrin müqaviləsi”nin uzadılması idi.

Azərbaycan tərəfi müqavilənin müddətinin uzadılması deyil, yeni müqavilənin imzalanmasında israrlı idi. Çünki  indiki şəraitlə 94-cü ildə imzalanan şərait çox fərqlidir. O dövrdəki situasiya və risklər indiki dövrün  minumuma enmiş riskləridir. Lakin tərəfləri ortaq nöqtədə cəmləşdirən  danışıqların nəticəsi olaraq, dünən müqavilənin müddəti uzadıldı”. 


İlham Şaban: “Əvvəllər cəmiyyətimizdə elə düşünürdülər ki, 1994-cü ildə imzalanan müqavilə ilə Qarabağ problemi öz həllini tapa bilər. Ancaq illər göstərdi ki, bu heç də doğru yanaşma olmayıb”.


“Bu  müqavilə Azərbaycana hansısa siyasi dividendlər gətirə bilərmi?” sualına da münasibət bildirən ekspertə görə, iqtisadiyyat siyasi məsələlərin həllində əsaslı təsirə malik olmur:

“Ümumiyyətlə, hər bir iri layihə özündə ölkənin hansısa ticarət əlaqələrinin genişlənməsi mənasına gəlir. Yəni, ticarət partnyorlarının rolu və əlaqələlərin genişlənməsi istənilən halda ölkəyə olan diqqəti artırır. Eyni zamanda həmin ölkəni regionda və regiondan kənarda olan nüfuzuna təsir edir. Müqavilənin Azərbaycana verə biləcəyi siyasi dividend də məhz bu istiqamətdə ola bilər. 

Əvvəllər cəmiyyətimizdə elə düşünürdülər ki, 1994-cü ildə imzalanan müqavilə ilə Qarabağ problemi öz həllini tapa bilər. Ancaq illər göstərdi ki, bu heç də doğru yanaşma olmayıb. Yəni, iqtisadiyyat, kommersiya bir tərəfdə, siyasi məsələlər isə digər tərəfdədir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar