Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni tikilən binalarda onlar üçün infrastruktur niyə nəzərə alınmır? - Video


2013-cü ildən qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinə görə yaşayış binaları inşa edilərkən fiziki məhdudiyyəti olan şəxslərin rahat hərəkət etməsi üçün lazımı avadanlıqlar-panduslar qurulmalıdır


Bunu yeni inşa edilən binaların əksəriyyətində görmək mümkün deyil.

Bənzər hallar fiziki məhdudiyyəti olan insanları ciddi narahat edir.

Mütəxəssislər isə əlillərin təkcə yaşayış binaları yox, bir sıra ictimai məkan və ərazilərdə də nəzərə alınmadığını deyir. Səkilərdə, pilləkənlərdə və piyada keçidlərində bu çatışmazlıq daha qabarıqdır.

Ekspert Ramil Osmanlı bildirir ki, dünyada qəbul olunmuş standartlara görə pandusların qoyulma dərəcəsi 8-10 dərəcə arasında olmalıdır. Ancaq keçidlərdə, bəzən isə digər yerlərdə quraşdırılan pandusların 35-45 dərəcə bucaq altında qoyulması əlillərə şərait yaratmaqdan çox ciddi təhlükə törədir. Əsas problemlərdən biri əlillər üçün infrastrukturun nəzərə alınmamasına nəzarət və buna qarşı cəza tədbirinin görülməsinin hansısa orqanın səlahiyyətinə aid olmasının bəlli olmamasıdır.

Ekspert bildirir ki, Azərbaycanda əlillər üçün ən ideal şərait otel və mehmanxanalardadır. Yeni tikilən binaların liftlərində əlillər üçün müxtəlif sistemlər quraşdırılsa da, ən əsas problem əlil insanların liftə gəlib çatana qədər ciddi çətinliyə məruz qalmasıdır. Odur ki, yəqin bu məsələdə nəzarət mexanizmi və məsuliyyət məsələsi dəqiqləşənə qədər problem qalmaqda davam edəcək.(xezerxeber.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar