Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni qurumlar yaradıldı


Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 2015-ci il 17 aprel tarixli qərarında dəyişiklik edib


APA-nın məlumatına görə, qərara əsasən Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC və “28 May” taxıl toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin “Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb.

Dəyişikliyə əsasən, Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin tabeliyinə veriləcək. Yaradılmış “Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC isə ləğv edilib, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı təşkilat kimi “28 May” Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC yaradılıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 2015-ci il 17 aprel tarixli qərara əsasən Quba rayonundakı “Meyvə tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC və “Şəfəq” südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin “Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılmışdı. Dəyişikliyə əsasən isə Quba rayonundakı “Şəfəq” südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC-nin adı dəyişdirilərək Kənd Təsərrüfatı Nazirliyinin “Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC adlandırılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar