Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni il ərəfəsində əfv ola bilər



31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində əfv gözlənilir


Bu barədə azvision.az-a Ombudsman Aparatının Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov bildirib.

Ombudsman rəsmisi qeyd edib ki, əfv olunmaq istəyən məhbusların sayı artıb. Onun sözlərinə görə, müraciət edən kişilərin sayı qadınlardan daha çoxdur: “Biz əfvlə bağlı müraciətləri hər ayın axırı Əfv Məsələləri üzrə Komissiyaya göndəririk. Bu ayın sonunda da müraciətləri Komissiyaya göndərəcəyik. Qurban bayramındakı əfv sərəncamından sonra müraciət edənlərin sayı daha da artıb. Əfv sərəncamı prezidentin müstəsna səlahiyyətinə daxildir. Bizdə cəmi 400-ə yaxın məhkum qadın var. Amma kişi məhkumların sayı isə çoxdur. Buna görə də əfvlə bağlı müraciət edən kişilərin sayı da qadınlardan daha çoxdur.

Tanınmış məhkumlardan isə hələ ki, əfvlə bağlı bizə müraciət edən olmayıb. Biz məhkumlar arasında əfv etmənin qaydaları ilə bağlı maarifləndirmə işləri aparırıq”.

Vüqar Məhərrəmovun fikrincə, hər il olduğu kimi bu il də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində əfv sərəncamı verilə bilər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar