Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni hökümətin fəaliyyəti hiss olunurmu?


İqtisadçı ekspert: “Nazirlər Kabinetinin 80%-i dəyişmədi. Onların da elə əvvəlki siyasətlərini həyata keçirəcəkləri gözləniləndir”


“Əhalinin geniş kütlələri ilə işləyən bu qurum kifayət qədər nöqsanlı fəaliyyət göstərən və korrupsiyalaşmış bir sistemdən ibarətdir. Əhalinin ümidi ondan ibarətdir ki, yeni nazir konkret addımlar atmaqla sistemi tamamilə dəyişsin. Çünki bu xətt birmənalı şəkildə dəyişməlidir”.

Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov yeni formalaşan Nazirlər Kabinetinin fəaliyyətini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, ötən ay yeni seçilmiş prezidentin and içmə mərasimindən sonra ölkə başçısı İlham Əliyev Novruz Məmmədovun rəhbərliyi altında Nazirlər Kabinetinin yeni tərkibinin formalaşması ilə bağlı sərəncam imzaladı. Artıq yeni Nazirlər Kabinetinin formalaşmasından 3 həftəyə yaxın vaxt keçir. Azərbaycan cəmiyyətinin əsas istəklərindən birinin islahatların aparılması və rüşvətin, məmur özbaşınalığının aradan qaldırılmasının olduğunu nəzərə alsaq, bu baxımdan yeni formalaşan Nazirlər Kabinetinin fəaliyyəti diqqət mərkəzindədir. Belə olan halda isə insanların narazılığına səbəb olan məmurların istefaya göndərilməsi və yeni islahatlara başlanılması qaçılmaz görünür. Yeni təyin olunan nazirlər və komitə sədrləri isə bir sıra kadr islahatları həyata keçirirlər. Bir qayda olaraq, keçmiş nazirlərin və komitə sədrlərinin qohumları,  yaxın adamları işdən çıxarılır. Həyata keçirilən kadr dəyişiklikləri hansısa yeniliklərin ortaya çıxmasına səbəb olacağına isə ekspertlərin ümidi çox azdır. Bəzi ekspertlər hesab edirlər ki, sadəcə yeni gələnlər öz yaxınlarını vəzifələrdə yerləşdirməklə “islahatları” bitmiş hesab edəcəklər. Böyük əksəriyyət ekspertlər isə hesab edirlər ki, ilk növbədə monopolyanı yaradan məmur biznesinə son verilməlidikcə iqtisadiyyatı, xüsusən orta və kiçik biznes sahələrini inkişaf etdirmək mümkün olmayacaq. Ümumuyyətlə isə ötən 3 həftə ərzində hökümətin müüstəqil fəaliyyəti hiss olunmur. Əvvəlki illərdə olduği kimi, yeni kabinet də Prezident Adminstrasiyasının filial kimi görünməkdədir. Hər halda uzqdan baxanda bu belə görünməkdədir.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Image result for rəşad həsənov pia.az
Rəşad Həsənov: “Bütövlükdə götürəndə Nazirlər Kabinetinə yeni kabinet demək doğru olmaz”.


Köklü dəyişikliklərin gözlənilən olmadığını vurğulayan iqtisadçı ekspert Rəşad Həsənova görə,  mövcud vəziyyətdə hələlik kənd təsərrüfatı sahəsində pozitiv fəallıq hiss olunur:

“Əslində bu məsələ çox çətin məsələdir. Eyni zamanda ötən üç həftə də çox qısa müddətdir. Adətən psixologiya və davranışlarda müşahidə olunan bir tendensiya var  ki, ilk müddətlərdə yeni təyin olunan şəxslər daha təşəbbüskar və çevik olurlar. Ancaq sonradan isə vəzifədə çoxdan olan şəxslər kimi  davranmağa başlayırlar. Düzdür, yeni kabinetdə həqiqətən də dəyərli insanlar var. Onların içərisində bir neçə şəxs idarəetməni yaxşı bacara bilər. Təbii ki, bunun üçün də məlum məhdudiyyətlər aradan qaldırılmalıdır və iradənin nümayişi üçün şərait  formalaşmalıdır. 

Bütövlükdə götürəndə Nazirlər Kabinetinə yeni kabinet demək doğru olmaz. Demək olar ki, Nazirlər Kabinetinin 80%-i dəyişməyib. Onların da elə  əvvəlki siyasətlərini həyata keçirəcəkləri gözləniləndir. Lakin dəyişiklik olan bir neçə qurumlar oldu və əhalinin bu qurumlardan gözləntiləri çoxdur. 
Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin dəyişməsi daha böyük sosial qrupa müraciət hesab oluna bilər. Əhalinin geniş kütlələri ilə işləyən bu qurum kifayət qədər nöqsanlı fəaliyyət göstərən və korrupsiyalaşmış bir sistemdən ibarətdir. Əhalinin ümidi ondan ibarətdir ki, yeni nazir konkret addımlar atmaqla sistemi tamamilə dəyişsin. Çünki bu xətt birmənalı şəkildə dəyişməlidir. 

Rəşad Həsənov: “Ümid edirəm ki, İnam Kərimovun bu addımı ilkin həvəs kimi olmayacaq və sonrakı dövrlərdə də davam edəcək”.


Kənd Təsərrüfatı ilə bağlı məsələni də xüsusilə qeyd etmək lazımdır. Çünki bu qurum da kifayət qədər böyük sosial qrupa hədəflənən bir istiqamətə malikdir. Əhalinin 36%-dən artığı məhz bu sektorda fəaliyyət göstərməklə, öz rifahını təmin edir. Hansı ki, bu sektor ölkənin ən zəif sektorlarından biridir və bu baxımdan gəlir səviyyəsi çox aşağıdır. Həmçinin inkişaf imkanları məhduddur. Düşünürəm ki, bu baxımdan yeni kənd təsərrüfatı naziri İnam Kərimovun üzərinə böyük məsuliyyət düşür. Çünki əhalinin əhəmiyyətli hissəsi bu sektorla dolanırsa, ümumi rifahın yüksəlməsi üçün əsas güc məhz bu qurumun üzərinə düşür. 

Ümumilikdə təqdir oluna biləcək addımlar atılır. Kənd təsərrüfatında islahatlara start verilməsi müsbət addımlardan biridir. Bundan başqa, kənd təsərrüfatı nazirinin özünün davranışlarında müəyyən mənada  mühafizəkar elementlərdən çıxma müşahidə olunur. Fikrimcə, bu təqdirəlayiq addımdır. Nazirin birbaşa olaraq sahələrə getməsi, problem yaşayan şəxsləri dinləməsi bizdə çatışmayan bir məsələdir. Çünki müəyyən bir səlahiyyət əldə edən insan özünü sevir və beləliklə xalq ilə ünsiyyətini kəsir. Onlara üstdən aşağı baxmağa başlayır. Bu baxımdan yeni nazir İnam Kərimovun davranışında pozitivlik hiss olunmaqdadır. Ümid edirəm ki, İnam Kərimovun bu addımı ilkin həvəs kimi olmayacaq və sonrakı dövrlərdə də davam edəcək. 

Köklü dəyişikliyə gəldikdə isə bu cür dəyişikliyin olacağı gözlənilmir. Çünki komanda həmin komandadır. Bir neçə nəfərin dəyişməsi ilə köklü dəyişiklik mümkün deyil. Eyni zamanda baxış tərzi və yanaşmanın dəyişməsinə ehtiyac var. Yəni, hansısa qurumun fəaliyyətindəki nöqsanı dilə gətirdikdə “erməni dəyirmanına su tökən” adlandırılma varsa, ciddi islahatlar və nailiyyətlər əldə etmək qeyri-mümkündür”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar