Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni hökümət nə qədər uğurlu, ya da nə qədər uğursuzdur?


Natiq Cəfərli: “Nazirlər Kabinetində kimlərin olması da maraqlıdır, amma daha çox maraqlı olan hansı formada idarəetmənin həyata keçiriləcəyidir”


Elxan Şahinoğlu: “Novruz Məmmədovun baş nazir seçilməsinin əsas səbəsi Qarabağ problemi ilə bağlıdır”.

Aprelin 18-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Konstitusiyada qeyd edilib ki, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Azərbaycan Respublikasının yeni seçilən Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün isə Nazirlər Kabineti istefa verir. Konstitusiya uyğun olaraq da Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzaladı. Prezident sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri Novruz Məmmədov Baş nazir təyin edildi. Yeni kabinetdə isə bir sıra dəyişikliklər edildi. Bununla belə bir sıra əhəmiyyətli nazirliklər yeni kabinetdə yer almadılar. Səhiyyə, Təhsil, Müdafiə Sənayesi, Ekologiya və Təbii Sərvətlər kimi mühüm nazirliklərin taleyi hələ də bəlli deyil. Eyni zamanda Mədəniyət və Turizm, İdman və Gənclər Nazirlikləri də yeni kabinetdə yer almayıb. Yəni hələ Nazirlər Kabineti tam formalaşmayıb, deyə bilərik və yeni kabinetin formalaşmasının bu həftə də davam edəcyi gözlənilir.

Nazirlər Kabinetinin yeni tərkibi haqqında nə demək olar. Yeni baş nazir də daxil olmaqla təyinatlardan hansıları uğurlu, hansıları uğursuz hesab etmək olar və yeni kabinetdə sürprizlər oldumu?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərliyə və Qərbi Kaspi Universitetində Tətbiqi Politoligiya Mərkəzinin rəhbəri Elxan Şahinoğluna müraciət edib.



Natiq Cəfərli: “Azərbaycanda şəxslərdən asılı olmayan, qanunlarla işləyən bir sistem formalaşmalıdır”.


Növbəti addım kimi vitse-prezidentlik institutunun yaradılmasını qeyd edən Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərliy PİA.AZ –a açıqlamasında Nazirlər Kabinetinin getdikcə funksional orqan kimi formal quruma çevrilməsini, 1-2 ildən sonra ümumiyyətlə ləğv olunmasını gözlədiyini vurğulayıb.

“Mənim üçün əsas olan məsələ adlar deyil, əsas məsələ hansı sistemin yaradılacağıdır. Çünki 2016-cı il referendumundan sonra indiki konstitusiyada Nazirlər Kabinetinin səlahiyyətləri xeyli dərəcədə azaldılıb. Yəni Nazirlər Kabinetin özünün bir institut, struktur olaraq səlahiyyəti azalıb. Nazirlər Kabinetinin büdcəyə dəyişikliklər etməsi ilə bağlı səlahiyyəti var idi. Bir neçə həftə bundan əvvəl verilən sərəncamla Nazirlər Kabinetinin bu səlahiyyəti də əlindən alındı. Büdcə dəyişikliklərinin ancaq prezidentin təsdiqindən sonra qüvvəyə minməsi mümkündür. 

Nazirlər Kabinetində kimlərin olması da maraqlıdır, amma daha çox maraqlı olan hansı formada idarəetmənin həyata keçiriləcəyidir. Yəni Nazirlər Kabineti əgər işlək bir orqana çevriləcəksə, bu zaman kadr seçimi və Nazirlər Kabinetinin hansı formada işləməsi maraqlı olur. Amma Nazirlər Kabineti işlək orqan olmayacaqsa, formal bir quruma çevriləcəksə, bu zaman orada kimin baş nazir olması, kimlərin təmsil olunması maraqlı deyil. İndiki sistemdə mənim gördüyüm odur ki, getdikcə Nazirlər Kabineti institusional olaraq öz gücünü itirəcək. Növbəti addım kimi isə vitse-prezidentlər institutunun yaradılması və sərt idarəetmə formasına keçidin tamamlanması gözlənilir. Amma baş nazirin təyinatı və baş nazirin özü kompramis bir fiqur idi. Yəni hamını qane edəcək, bu günə qədər adı heç bir qalmaqalda hallanmayan bir şəxsdir. Həmçinin bütün hakimiyyət daxilindəki elitaların hamısını qane edəcək fiqur idi. 

Natiq Cəfərli: “Azərbaycanda Nazirlər Kabineti institut olaraq zəifdir, amma bəzi nazirlər çox güclü, səlahiyyətli, kifayət qədər də nüfuza malikdirlər”.


Amma bundan sonrakı addımlar daha maraqlıdır. Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşdirilməsi sona çatacaqmı? Maraqlıdır ki, bu haqqda fərman verildi ki, bu qurumlar birgə faəliyyət göstərsinlər. Yəqin ki, bu ilk etapdır və növbəti etapda bu birləşdirmə həyata keçiriləcək. Başqa nazirliklərin səlahiyyətləri ilə bağlı hansı addımların atılacağı da maraqlıdır. Nəhayət ki, Azərbaycanda şəxslərdən asılı olmayan, qanunlarla işləyən bir sistem formalaşmalıdır. Avropa ölkəsində küçədə kimdən soruşsan ki, sənin Vergilər nazirin kimidir, tanımaz. Ona nazirin olması maraqlı da deyil. Çünki sistem çalışır. Azərbaycanda isə hamı adlarla nəzər salır. Həmçinin bizdə nazirin hansı regiondan olması, kimlərlə yaxın olması da maraqlıdır. Bu da onu göstərir ki, Azərbaycanda idarəetmə sisteminin özündə problem var. Bu problemi də həll etmək lazımdır. Bunun üçün də sırf qanunlara əsaslanan idarəetmə yaradılmalıdır. Hesb edirəm ki, bu da vitse-prezidentlik institutu ilə tamamlanmalıdır. Mən növbəti addım kimi vitse-prezidentlik institutunun yaradılmasını və Nazirlər Kabinetinin getdikcə funksional orqan kimi formal quruma çevrilməsini, 1-2 ildən sonra ümumiyyətlə ləğv olunmasını gözləyirəm.

Nazirlər Kabinetində bir neçə yeni adları görmək xoş oldu. Məsələn “Asan Xidmət”də kifayət qədər uğur qazanmış şəxsin Nazirlər Kabinetinə nazir kimi təyin olunması maraqlı addım idi. Bu da onu göstərir ki, hökümətin içində də kadr islahatlarının məntiqi, istiqaməti yeni təfəkkürə malik olan kadrlara üstünlük verilməsi üzərində çalışılır. Onu da qeyd edim ki, Azərbaycanda Nazirlər Kabineti institut olaraq zəifdir, amma bəzi nazirlər çox güclü, səlahiyyətli, kifayət qədər də nüfuza malikdirlər. Yəni açar fiqurlar hələ ki, yerində qaldı. Gələcəkdə necə olacağını demək çətindir”. 



Elxan Şahinoğlu: “Novruz Məmmədovun baş nazir olması surpriz oldu”.


Qərbi Kaspi Universitetində Tətbiqi Politoligiya Mərkəzinin rəhbəri nazir təyin olduğu sahənin tam bilicisi olmalıdır fikrinin yanlış olduğunu vurğulayaraq əlavə edib ki, əsas şəxsin idarəetmə, mencment bacarığının olmasıdır. 

“Birinci baş nazir təyinatından başlayım. Düşünürəm ki, Novruz Məmmədovun baş nazir təyinatının çox ciddi səbəbləri var. Birinci Novruz Məmmədov bu günə qədər daşıdığı vəzifədə heç kimlə münaqişədə olmayıb və heç bir hakimiyyət daxili qruplaşmaya daxil olmayıb. İkinci də baş nazirin elə bir səlahiyyətləri yoxdur. Düşünürəm ki, Novruz Məmmədovun baş nazir seçilməsinin üçüncü və əsas səbəbi Qarabağ problemi ilə bağlıdır. Çünki Ermənistanda konstitusiya dəyişiklikləri oldu və əsas fiqur preizdent deyil, baş nazir oldu. Gələcəkdə də Ermənistanı məhz Qarabağ danışıqlarında baş nazir təmsil edəcək. Ermənistanda bu prosesə baş nazir təyin edildisə, görünür Azərbaycanda da belə bir baş nazirə ehtiyac vardı. Bu baş nazir də elə bir şəxs olmalıydı ki, Dağlıq Qarabağ prosesindən xəbərdar olsun. Novruz Məmmədov da Prezident Admistrasiyasında məhz bu məsələlər baxırdı. Bütün bunlara görə düşünürəm ki, bu təyinatın əsas məqsədi Qarabağ amilidir. 

Digər nazirlərə gəlincə onu deyə bilərəm ki, gənc kadrların irəli çəkilməsi sevindiricidir. Məsələn Kənd Təsərrüfatı Nazirliyinə “Asan Xidmət” rəisinin təyin olunması müəyyən uğurlar gətirə bilər. Dövlət başçısı İlham Əliyevin də əsas istəyi odur ki, kənd təsərrüfatı çox inkişaf etsin və gələcəkdə neft-qaz erasını əvəz edə bilsin. Azərbaycan dünya dövlətlərinə daha çox mal çıxarda bilsin və bu istiqamətdə də gəlirlər əldə edə bilək. İman Kərimov özünü çox yaxşı tərəfdən göstərib. “Asan Xidmət” gözəl xidmətdir və düşünürəm ki, kənd təsərrüfatı naziri olaraq da İman Kərimov yeniliklər gətirə bilər. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiə naziri də gəncdir və . İman Kərimovun tələbə yoldaşıdır. Onun da gələcək fəaliyyətində biz müəyyən müsbət tendensiyalar görə bilərik. 

Bildiyimiz kimi təyinatlar hələ tam həyata keçirilməyib. 20-ə yaxın nazirlik və komitə rəhbəri vəzifəsi hələ də boş qalıb. Düşünürəm ki, bu günlərdə bu proses də başa çatacaq. Həmçinin qeyd edim ki, güc nazirləri dəyişmədi. Çünki dövlət başçısı güc nazilərində problem görmür və bu siyasətin də davam etdirilməsini istəyir. 

Elxan Şahinoğlu: ““Asan Xidmət”in rəhbərinin hansısa vəzifəyə getməsin gözləyirdim, amma kənd təsərrüfatı naziri təyin olunmasın gözləmirdim”.


Novruz Məmmədovun baş nazir olması surpriz oldu. Çünki heç kim bu təyinatın həyata keçiriləcəyin gözləmirdi. Baş nazirliyə müxtəlif proqnozlar vardı, amma bircə Novruz Məmmədovun adı çəkilmirdi. Bu surprizin arxasında çox ciddi məntiq dayanır. O məntiqi də izah etdim. Onsuz da biz gözləyirdik ki, bəzi kadrlar gəncləşəcək. Məsələn “Asan Xidmət”in rəhbərinin hansısa vəzifəyə getməsin gözləyirdim, amma kənd təsərrüfatı naziri təyin olunmasın gözləmirdim. 

Onu da qeyd edim ki, bizdə belə bir fikir var ki, guya nazir təyin olduğu sahənin tam bilicisi olmalıdır. Amma dünya təcrübəsində belə deyil. Əsas şəxsin idarəetmə, mencment  bacarığı olmalıdır. O demək deyil ki, İman Kərimov kənd təsərrüfatı sahəsin bilmirsə, o nazir ola bilməz. Amma əgər idarəetmə qabliyyəti varsa, “Asan Xidmət” də bu sübut olunubsa, demək nazir kimi də təyin edildiyi vəzifənin öhdəsindən gələ bilər. Türkiyə təcrübəsində də təhsil naziri müdafiə naziri, həmçinin müdafiə naziri əmək və sosial müdafiə naziri ola bilər. Yenə də təkrar edim ki, əsas idarəetmə qabliyyətinin yüksək olmasıdır. Düşünürəm ki, bu istiqamətdə gələcəkdə gənc kadrlar müəyyən uğurlar qazanacaqlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar