Bazar ertəsi, 21 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Yeni funksiya - “Feysbuk”da moderatorla əlaqə


“Feysbuk” sosial şəbəkəsi yeni funksiyanı sınaqdan keçirir


Publika.az xəbər verir ki, artıq şəbəkə istifadəçiləri bu və ya digər şərhdən moderatorlara şikayət etməyə imkan verən "downvote" düyməsindən istifadə edə biləcəklər. 

Hazırda yeni düymə sınaqdan keçirilir. Sınaq görüntüləri əvvəlcə “Twitter”də peyda olub, daha sonra “Feysbuk”un nümayəndəsi “The Verge” nəşrinə bu informasiyanın doğruluğunu təsdiq edib.

Sözügedən funksiya hazırda yalnız ABŞ-dan olan “Feysbuk” istifadəçiləri arasında sınaqdan keçirilir. "Downvote" düyməsinə sıxdıqda sosial şəbəkə istifadəçi üçün şərhi gizlədir, bundan sonra ondan şərhin təhqir xarakterli, yanlış, yaxud müzakirə edilən mövzu ilə bağlı olub-olmadığını dəqiqləşdirməyi təklif edir. Bu halda şərhlərin altında yeni düymənin köməyi ilə edilmiş şikayətlərin sayı göstərilmir. Şirkətdən bildirilib ki, bu, “dislike” düyməsinin analoqu deyil, əks əlaqə sistemidir.

pia.az
Etiket:
loading...