Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni dönəmdə siyasi-iqtisadi islahatlar hansı sahələri əhatə edəcək?


“Yeni yaradılacaq hökümətin əsas prioritet istiqaməti daxili, xarici, regional və qlobal məsələlərdə aparılan islahatların davamından ibarətdir”


“Güman edirəm ki, ölkədaxilində kənd təsərrüfatı məhsulları və kənd təsərrüfatının inkişafı, hərbi sənaye kompleksində artıq idxaldan ixraca keçmək istiqamətində də müəyyən addımlar atılacaq”.

Bu sözləri politoloq Arzu Nağıyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsindəki tezislərinin mahiyyətini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Dünən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqalə ilə çıxış edib. Administrasiya rəhbəri yazır ki, Azərbaycanda institusional islahatların mahiyyətinin, onun məqsəd və vəzifələrinin düzgün qiymətləndirilməsi struktur dəyişikliklərinin uğurla aparılmasının həlledici şərtlərindən biridir. O, həmçinin qeyd edib ki, dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan “maneələri” asanlıqla dəf etməyə imkan verir.

Eyni zamanda məqalədə deyilir ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. Qüvvədə olan əsasnamələrin yenidən hazırlanması iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı aradan qaldıra bilər. Dövlət orqanlarının təşkilati strukturunu vahid meyar və prinsiplərlə formalaşdırmaq məqsədi ilə nazirlik və komitələr, agentlik və xidmətlər üzrə yeni nümunəvi əsasnamənin hazırlanması da məqsədəuyğundur.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsinin mətnini ilə Prezident_Ilham_Aliyevin_iqtisadi_inkisaf_strategiyasinin_esas_istiqametleri-1153387">BURADAN tanış ola bilərsiniz.

Bu məqalədən çıxış edərək, ölkədə siyasi-iqtisadi islahatlar əsasən hansı sahələri əhatə edəcək və adı keçən məqalədəki tezisləri yeni yaradılacaq hökümətin ideoloji proqramı kimi qəbul etmək olarmı? 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  politoloq, “Trend” informasiya agentliyinin direktor müavini Arzu Nağıyevin fikirlərini öyrənib.

Image result for arzu nağıyev

Arzu Nağıyev: “Bu ilin iqtisadi, siyasi, mədəni və digər istiqamətlərə üzrə çox geniş əhatəli  bir ilin olacağını düşünürəm”.  


Hakimiyyət tərəfindən atılan bir sıra mühüm addımları nəticəsində  Azərbaycanın balanslaşdırlmış daxili və xarici siyasətinin davam etdiriləcəyini vurğulan politoloq Arzu Nağıyevə görə, yeni yaradılacaq hökümətin ideoloji proqramındakı əsas məqsədlərdən başlıcası Qarabağ münaqişəsinin həllidir:

“Düşünürəm ki, neft strategiyası  artıq regional siyasətdən qlobal miqyasda inkişaf edəcək və “Əsrin müqaviləsi” davam edəcək.  Yəni, iqtisadi məsələlərdə  əsas prioritet istiqamət “Şahdəniz”  layihəsi  çərçivəsindədir. “ Bakı-Tbilisi-Qars” dəmiryolu xətti , “Şimal-Cənub” beynəlxalq nəqliyyat  dəhlizi , xarici investorların cəlb olunması gündəmdə olan əsas iqtisadi məsələlərdən olacaq. Eyni zamanda qeyri-neft sektorunun inkişafı istiqamətində də müəyyən addımların atılması məqsədəuyğundur. Çünki cənab prezident İlham Əliyev dəfələrlə öz çıxışında bu barədə bildirib ki, neftdən asılılığı minimuma endirmək üçün bu istiqamətdə müvafiq addımlar atılmalıdır. 

Həmçinin Azərbaycanda məhz “Ələt” dəniz limanının yaradılması regional geosiyasi məsələləri dəyişdirmək istiqamətində atılacaq addımlardan biridir. Təbii ki, bu addım qonşu dövlətlərə xoş gələ və ya bilməyə bilər. Lakin buna baxmayaraq, atılan bu addım çox mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Güman edirəm ki, ölkədaxilində kənd təsərrüfatı məhsulları və kənd təsərrüfatının inkişafı , hərbi sənaye kompleksində artıq idxaldan ixraca keçmək istiqamətində də müəyyən addımlar atılacaq. 

Siyasi istiqamətə gəldikdə isə prioritet istiqamətlər Dağlıq Qarabağ münaqişəsinin həlli, balanslı siyasətin yürüdülməsi  və  hər bir dövlətlə ikili münasibətlərin qorunması ndan ibarət olacaq. Bundan başqa, Cümhuriyyətimizin 100 illiyi ilə bağlı arxivdə araşdırmalar, yeni əsərlərin yaradılması və mədəni məsələlərə aid addımların atılacağı da gözləniləndir. Yəni, bu ilin iqtisadi, siyasi, mədəni və digər istiqamətlərə üzrə çox geniş əhatəli  bir ilin olacağını düşünürəm.  Yeni yaradılacaq hökümətin əsas prioritet istiqaməti  daxili, xarici, regional  və qlobal məsələlərdə aparılan islahatların davamından ibarətdir”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar