Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni böyük oyunda ABŞ Çinə uduzur!


Pekinin qlobal şahmat taxtasında hiyləgər gedişləri


Doğurdanmı yeni böyük oyunda Amerika Çinə uduzur? Bu ay “The New York Times” qəzeti bu mövzuda iki böyük və həyəcanlı məqalə dərc edib.

Birinci məqalə Çinin Afrikadakı qaynar investisiya fəaliyyətlərinə həsr olunub. İkinci məqalə isə, Çinin Cənub- Şərqi və Mərkəzi Asiyaydakı böyük infrastruktur yatırımlarından bəhs edib.

Tramp administrasiyası öz diplomatik korpusunu fəaliyyətsizliyə düçar etməklə və Amerikanın uduzulumuş vəziyyətə düşdüyü ticarət sövdələşmələrinə təriflər söyləməklə daha çox özünüaldatma bataqlığına bulaşdıqca, Çin qlobal şahmat taxtasında daha hiyləgər gedişlər edəcək.

“The New York Times” qəzetinin həyəcanı deyəsən özünü doğruldur.

Doğrudanmı Birləşmiş Ştatlar Afrika uğrundakı yeni mübarizədə Çinə uduzur? Görəsən yeni böyük oyunda çinlilər amerikanlara üstün gələ biləcəklərmi?

Bəs, əsl həqiqətdə Çin hansı oyunu oynayır? O, müstəmləkə imperiyasının 21-ci əsr nümunəsinimi yaradır? Əgər belədirsə, onda ABŞ bu məsələ ilə bağlı narahat olmalıdırmı? Və belə bir vəziyyətdə Amerika nə etməlidir?

Bir tərəfdən haqqında danışdığımız məsələnin cavabı aydındır. Çinin iqtisadi modeli dövlət idarəetməsi formasına söykənir. Bütün tərəflər anlayır ki, xaricdəki bu iri infrastruktur layihələri, istər nominal, istərsə də özəl (deyək ki, Nikaraqua ərazisindən keçməsi nəzərdə tutulan kanalın dayanmış planı kimi) olsun, rejimlə əlaqəli şəkildə həyata keçirilir və həm də ki, onun maraqlarına xidmət edir.

Öz növbəsində Çinin maraqları 19-cu əsrin müstəmləkəçilərinin maraqlarına bənzəyir. Buraya əsasən təbii sərvətlər üzərində nəzarət və Çin istehsalçıları üçün bazarların açılması daxildir. Digər tərəfdən isə, siyasi icmalçıların əksəriyyəti Çinin nəhəng xərclərini şərh edərkən, müstəmləkəçilik dövrlərinin iqtisadiyyatını xatırlamağı unutmurlar. Məsələn, Çinin tikintidə çox izafi bir gücü var. Əgər ölkənin içərisində tikməyə davan edilərsə, bu daha az maliyyə gəliri verəcək. Tikinti gücünün azaldılması isə, işsizlik yarada bilər və belə olan təqdirə ölkədə sosial gərginlik meydana çıxar. Ona görə də Çin bu imkanlarını və gücünü avto magistrallar, bəndlər, elektik stansiyaları və dəmir yolları tikərək bütün Asiya və Afrikaya ixrac edir.

Beləliklə, xaricdəki tikinti sektoru Çində istehsal edilən materiallar üçün bazar yaradır və eyni zamanda da həmin layihələri reallaşdıran şirkətlərə iş verir. Burada strateji məqsədlər üçün təkcə Çin şirkətlərinin layihələrə sahibkarlıq etməsi və ya sadəcə olaraq onları çinli banklar vasitəsilə maliyyələşdirməsi yetərli deyil. Əsas məsələ obyektlərin bütün dünya üzrə tikilməsidir və bu obyektlər Çinə on illiklər ərzində gəlir gətirəcək.

Məhz istehsalın izafi gücünün dinamikası (izafi kapital) Avropanın böyük dövlətlərini dünyanın böyük bir hissəsini müstəmləkəyə çevirməyə yönəltmişdi və ümumi yekunda isə, onların öz arasında münaqişəyə və zəif dövlətlər üzərində inhisar uğrunda mübarizəyə gətirib çıxardı.

Əlbəttə, kapitalizm və qlobalizm tərəfdarlarının nöqteyi-nəzərinə görə, həmin bu dinamikanı həm Çin, həm də daha az inkişaf etmiş ölkələr üçün də gəlirli saymaq mümkündür.

Əgər Çin Afrikanın inkişafına yardım göstərmək qabiliyyətindədirsə, onda Afrika bundan böyük fayda götürəcək. Afrikanın böyük iqtisadi potensialı var. Burada demoqrafik partlayışın gücü də nəzərə alınmalıdır. Afrikanın əhalisi demək olar ki, Çininki qədərdir və əsrin sonunda Çindən üç dəfə çox olacaq. Ona görə də, maraqlı suallar meydana gəlir – Çindən başqa Afrika haradan kapital və öz potensialını reallışdırmaq üçün lazımı mütəxəssis bilgiləri əldə edə bilər? Həm də, əgər Afrika olmaza, Çin özünün yaşlanan əhalisinin qayğısına qalmaq üçün haradan belə bir bazar tapacaq?

Əgər Çinin bu cəhdləri uduşlu olacaqsa, onda belə bir nikbinlik özünü doğruldacaq. Önümuzdəki Çin-Afrika yüzilliyində Amerika və Avropa ikinci rola keçə bilər. Qarşımızdakı əsr bəşəriyyətin böyük hissəsi üçün tərəqqi dövrü ola bilər, lakin daima narazı olan harınlamışlar belə bir nəhəng potensialın insan irqinə fayda verməsini istəmirlər.
Bəs, əgər çinlilərin cəhdləri uğurlu olarsa, nə baş verər?

Beləliklə, hesab edək ki, Çinin böyük kapital yatırımları məhsuldar olmadı və hər hansı bir ölkə, deyək ki, Keniya öz borcunu qaytara bilmədi. Pekin onları ödəməyə məcbur edə bilərmi?

Və ya digər nümumə. Hesab edək ki, hansısa investisiyalar hədsiz gəlir gətirdi və hər hansı bir ölkə, məsələn Nigeriya bir neçə il əvvəl əldə olunan razılaşmanın şərtlərini bu gün qəbuledilməz sayır. Çin hansı vasitələrdən istifadə etməklə onu fəaliyyətdə olan müqavilənin yerinə yetirilməsini məcbur edə bilər?

Maliyyə və iqtisadi hakimiyyət əhəmiyyətsiz məsələ deyil. Yunanıstandan bunu soruşa bilərsiniz. Lakin mülkiyyət hüququ ümumi yekunda inhisar və güc tətbiqi əlində olan dövlət tərəfindən icad edilib. Əgər Çin hər halda Nikaraqua kanalını çəkərsə və Nikaraqua hökuməti isə vaxtilə Misir prezidenti Naserin Süveyş kanalını milliləşdirdiyi kimi, onu milliləşdirmək qərarına gələrsə, onda Pekin güc tətbiq etməklə onları verdikləri qərardan imtinaya məcbur edə bilərmi? Hələ Nikaraqua bu qərarı amerikanların icazəsi ilə versə necə?

İyirminci əsrdəki dünya nizamının əsasında yatan beynəlxalq ticarət və maliyyənin liberal rejimi Amerika ordusuna söykənib, 19-cu əsrdə isə bu nizam Britaniya donanması tərəfindən müdafiə olunub. Bu xüsusda müqayisə arararaq, onu deyə bilərik ki, hal-hazırda Çin öz silahlı qüvvələrinə böyük pullar yatırır və bu investisiyalar ABŞ və onun regiondakı müttəfiqlərinin nəhəng hərbi potensialının qarşısında dayanmağa istiqamətlənib.

Mövzuya digər tərəfdən yanaşaq. Bəlkə Çin üçün maliyyə mənfəəti böyük hesabla əsas məqsədlər baxımından əhəmiyyətsizdirsə və Çin nəhəng tikinti layihələri vasitəsilə özünə bütün dünya üzrə dostlar alaraq, ABŞ başda olmaqla dünya nizamına qarşı meydan oxumaq istəyirsə?

Prezident Obamanın Trans-Sakit okean əməkdaşlığı böyük oyunun əsas taktiki gediş idi. Həmin məsələdəki başlıca məqsəd, Çinin təsir imkanlarına qarşı Sakit okean sahil ölkələrinə olan Amerikan təsirini qoruyub saxlamqdan ibarət idi.

Məhz soyuq müharibə zamanı Sovet İttifaqı və ABŞ inkişaf etməkdə olan ölkələr barəsində düşünürdülər ki, bu da onların hər ikisi üçün neqativ nəticələr verdi. 1960-cı illərdə Amerikanın köməyi ilə maliyyə yardımı alan ölkələrdə rifah yüksəlmədi (Bu ölkələrin rəhbərlərindən başqa). Nə vaxt ki, həmin ölkələrin rəhbərliyini devirirdilər, onda ABŞ yenidən tutduğu yolu davam etdirirdi. Sovetlərin öz peyk ölkələrinə köməyi isə, Sovet İttifaqının özünün iflasını sürətləndirdi.

Ancaq Çinin Afrikaya və Asiyaya yatırdığı investisiyalar, onların ayrı yolla getdiklərini göstərir. Ümumi yekunda Çinin cəhdlərinin nə ilə nəticələnəcəyi, yəni bu yatırımların ona böyük dividentlər gətirməsi və ya heç nə əldə edilməməsi, bəlkə də onun üçün ən vacib məsələ deyil. Çinlilər üçün ən başılca prioritet, onların cəhdlərinin keyfiyyəti və miqyasıdır. Çünki bütün bu yatırımlar Çinin cibinə görədir.

Bu çox mühüm bir yarışdır və Amerika burada Çinə uduzur. Əgər Amerika insan və fiziki kapitala vəsait qoyarsa, onda amerikalılar bundan həm özləri üçün və həmçinin də ticarət və investisiya tərəfdaşları üçün sərfəli şəkildə istifadə edə bilərlər. Amma Amerika evindəki işlərə etinasız yanaşaraq, xaricdə öz üstünlüyünü nümayiş etdirməklə məşğul olacaqsa, onda bu yalnız Çinin işinə yarayacaq.

(The Week-ABŞ)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar