Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni Qarabağ savaşı daha çox kimin maraqlarına cavab verir?


Sülh anlaşmasına ən böyük təhlükə - status-kvo...


Status-kvonu savaşsız dəyişmək üçün səylər o vaxt səmərə verəcək ki...

Son zamanlar Dağlıq Qarabağ münaqişəsi zonasında yeni müharibənin mümkünlüyü barədə xəbərdarlıqlar tez-tez səslənir. Bu qəbildən proqnozlar çox vaxt həm də gərginləşən Rusiya-Türkiyə və Rusiya-NATO (ABŞ) münasibətləri fonunda irəli sürülməkdədir. Siyasi təhlilçilər xüsusən də Moskvanın bölgəni qarışdırmaq imkanlarının böyük olduğunu və bunda maraqlı ola biləcəyini qeyd edirlər.

Səbəblər qismində bir neçə amil sadalanır: o sıraya daxildə ağırlaşan iqtisadi durumdan ictimai diqqəti yayındırmaq, həmçinin, Qərbin və Türkiyənin bölgədə mümkün təsirlərini zəiflətmək üçün Güney Qafqazda geridönməz şəkildə möhkəmlənmək planlarına qədər müxtəlif hədəflər aid edilir. Təbii ki, Kremlin yeni Qarabağ müharibəsini alovlandırmaq imkanları da bəlli səbəblərdən hamıdan çoxdur.

Bunu sözsüz ki, Qərbdə - AvropaABŞ-da da yaxşı anlayır, ciddiyə alır və o üzdən vəziyyətin daha da gərginləşməməsi üçün çalışırlar. Konkret olaraq ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın təmas xəttində monitorinqi gücləndirmək, snayperləri yığışdırmaq və qarşılıqlı etimad tədbirlərini gücləndirmək yönündə neçə vaxtdır səylər göstərir, münaqişə tərəflərinə vaxtaşırı çağırışlar edir.

Bu da ondan xəbər verir ki, Vaşinqton yeni müharibə sarıdan ciddi şəkildə əndişəlidir və Qarabağ probleminin həlli uzansa da heç olmasa, mövcud-statusun daha təhlükəli səmtə dəyişməməsinə çalışır. Bu mövqeyi iki ABŞ rəsmisinin eyni gündə verdiyi açıqlamadan da aydın görmək mümkündür.

***

ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri, BMT Nizamnaməsi və Helsinki yekun aktı əsasında danışıqlar yolu ilə həllinə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcək”. Bunu ABŞ-ın ATƏT yanındakı Daimi Nümayəndəliyinin rəhbəri Daniel Bayer ATƏT Daimi Şurasında çıxışı zamanı deyib.




O, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının son bir neçə ayda artdığını təəssüflə qeyd edərək deyib: “ABŞ Minsk Qrupunun məsələ ilə bağlı narahatlığını bölüşür və dinc əhalinin xəsarət almasına səbəb olan minaatan və digər ağır texnikadan istifadəni pisləyir. Biz həmsədrlərin tərəflərə tezliklə zorakılığın azaldılması və insanların müdafiəsinə yönələn addımların atılması ilə bağlı çağırışına dəstək veririk. Status-kvo dözülməz və qəbuledilməzdir. Biz tərəflərə bir daha deyirik ki, münaqişənin hərb yolu ilə həlli ola bilməz. Birləşmiş Ştatlar həmsədrlərin ErmənistanAzərbaycan prezidentləri arasında dialoqun intensivləşməsinə təkan verən və sülh yolu ilə münaqişənin həlli prosesində irəliləyiş əldə etmək üçün strukturlu danışıqlar aparmaqla bağlı səylərini dəstəkləyir”.

Öz növbəsində ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils Qarabağ probleminin uzunmüddətli həllinin hərbi yolla mümkün olmadığını söyləyib. Bu barədə o, Facebook-akı on-line brifinqi zamanı Dağlıq Qarabağa dair danışıqlar prosesini şərh edərkən bildirib.

 


“Təmas xəttində gərginliyin artması və ritorika ABŞ hökumətində dərin narahatlıq doğurur. Mənim fikrimcə, təmas xəttində gərginlik yanlış hesablamalar və ya adi səhv ucundan mümkündür. Məhz bu səbəbdən Minsk Qrupu həmsədrləri hər iki tərəfi gərginliyi aradan qaldırmaq üçün addımlar atmağa və situasiyaya nəzarət üçün mexanizmlər formalaşdırmağa çağırır” - qeyd edib diplomat.

Səfirin  sözlərinə görə, ötən ilin dekabrında Berndə baş tutan Əliey-Sərkisyan görüşündə məhz bu barədə söhbət gedib. “Amerikalı həmsədr, səfir Ceyms Uorlik başqa həmsədrlərlə birgə dialoqu irəli aparmaq üçün birgə işləyir” - əlavə edib Riçard Mils.

***

Göründüyü kimi, Amerika tərəfində təmas xəttindəki gərginliyin genişmiqyaslı əməliyyatlara keçə biləcəyindən dolayı narahatlıq var. Sözsüz ki, bu narahatlıq öncəliklə Moskvanın erməni tərəfinə həlledici təsir imkanları ilə bağlıdır. Heç şübhəsiz, şimal qonşumuz Güney Qafqazda yeganə legitim hərbi bazalarının olduğu Ermənistanın əli ilə istənilən an təxribat törədə və “bulanıq suda balıq tutmağa” həvəslənə bilər. Mövcud status-kvonu dinc yolla dəyişmək yönündə ən böyük əngəl də elə budur - Rusiya faktoru. Demək, ən əvvəl bu faktor neytral hala gətirilməlidir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar