Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yəhudi dövlətinin Türkiyə ilə barışması imkanı hələ də qalır

"Times of İsrael" Ankaranın "qırmızı xətlər"ini vurğulayır


Türkiyə ilə İsrail arasında davam edən diplomatik döyüşdə qarşılıqlı ittihamlar, şəxsi təhqirlər və misilsiz siyasi xətalara baxmayaraq, ikitərəfli münasibətlər bir neçə ay ərzində normallaşa bilər.

Qəzza sərhədində vəziyyət daha da gərginləşməzsə, İsrail müəyyən türk “qırmızı xətlər”ini keçməzsə, Ankara İsrailə qarşı əlavə addımlar atmayacaq və hər iki tərəf status-kvo durumuna qayıdacaq.

Bunu martın 17-də Türkiyə-İsrail əlaqələri üzrə bir neçə ekspert bildirib.

Bar-İlan Universitetinin əməkdaşı Efrat Aviv bildirib: “Vəziyyət gərgindir, ancaq tərəflər bu gərginliyi artırmağa çalışmır. Heç kim münasibətlərin daha aşağı səviyyəyə düşməsini istəyir”.

“Fələstin məsələsi çox qeyri-sabitdir və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan özünü Fələstin xalqının müdafiəçisi və Qüdsün müqəddəs məkanlarının müdafiəçisi kimi qələmə verir, – deyə o əlavə edib. – Ancaq dramatik bir şey olmadığı müddətcə, İsraillə münasibətləri kəsməyəcək”.

Hər iki tərəf bu günə qədər əlaqələrin tam kəsilməsindən, qapının axıradək çırpılmasından çəkinib. “Bu nə indi, nə də sabah baş verməyəcək, amma illərlə çəkəcək”.

Bu həftə bazar ertəsi günü Qəzzə sərhədindəki şiddətli etirazlara İsrailin qınanması ilə başlayıb.

“HƏMAS”-ın Qəzzə Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, bu həftə 62 fələstinli öldürülüb və 2.700-dən çox adam yaralanıb. İsrail Ordusu (IDF) ölənlərin ən azı 24-ünün “HƏMAS” və “İslami Cihad” üzvü olduğunu söyləyib. Bu iki terror qrupu üzvlərinin ölənlər arasında olduğunu təsdiqləyib.

İsrail, “HƏMAS”-ın şiddəti təşviq etdiyini və onu hücumlar üçün örtük kimi istifadə etdiyini iddia edir.

Amma Ərdoğan ölüm hallarını “terror dövləti” olaraq ittiham etdiyi İsrailin boynuna qoyub və bunu “soyqırımı” adlandırıb. Türkiyə Təl-Əvivdəki səfirini geri çağırıb, Ankara və İstanbuldakı İsrail elçilərini ölkədən xaric edib.

Baş nazir Benyamin Netanyahu “Ərdoğan terrorizm və qırğını yaxşı anlayır” deyərək İsrailə hərbi etika öyrətməmək xəbərdarlığı verib.

İsrail, Türkiyənin Qüdsdəki baş konsulunu qovub, Türkiyə isə Haaqa Beynəlxalq Məhkəməsində yəhudi dövlətini günahlandırmaqla hədələyib.

Bu arada, İsrailin səfiri Eytan Nae kameraların qarşısında təhlükəsizlik əməkdaşlarının axtarışına məruz qalıb. İsrailin Xarici İşlər Nazirliyi bu təhqirin qisasını elə növbəti gün alıb.

Başağrısı Yair Netanyahunun çərşənbə günü ictimai mediada “Fuck Turkey” sözləri ilə türk bayrağını təhqir etməsi olub.

Baş nazirin köməkçiləri Yair Netanyahunun qeyri-rəsmi şəxs olduğunu və İsrail hökumətini təmsil etmədiyini söyləyib. Bununla birlikdə, milli bayrağın təhqir olunması Türkiyədə böyük qəzəb doğurub.



Eyni zamanda, Ərdoğan İsrail dövlətinin əleyhdarı olan “Neturei Karta” antisionist yəhudi bir qrup ilə bir araya gəlib.

Bir uşağın “tvit”inə şahid olanlar İsrail-Türkiyə münasibətlərinin bəzi epizodlarını xatırlayıblar. Bu, xarici işlər nazirinin müavini Danni Ayalonun 2010-cu ildə Ankara səfirini “alçak koltuk”da oturtması epizodudur.

Ayalon daha sonra türk diplomatından üzr istəyib.

Türkiyə-İsrail münasibətləri yaxşı notlarla başlayıb: 1949-cu ildə Ankara yeni doğan İsrail dövlətini tanıyan ilk müsəlman ölkəsi olub. Ölkələr arasındakı diplomatik əlaqələr heç vaxt kəsilməyib, lakin iki ciddi böhrana məruz qalıb: 1980-ci ildə İsrail Şərqi Qüdsü formal şəkildə ilhaq etdikdən sonra əlaqələr azaldılıb. Əlaqələrin tam bərpa olunması üçün 12 il ötüb.

2011-ci ilin sentyabrında İsrail ordusunun Qəzzaya hücumundan sonra “Mavi Marmara” gəmisinə basqında 9 türk öldürülüb, Ankara yenə əlaqələri azaldıb və İsraillə hərbi əməkdaşlığı dayandırıb.

Ərdoğan əlaqələrin bərpası üçün üç şərt irəli sürüb: İsrailin üzrxahlığı, qurbanların ailələrinə maliyyə kompensasiyası və Qəzza zolağında İsrailin dəniz blokadasının ləğvi. Blokada aradan qaldırılmayıb, lakin çətin danışıqlardan sonra İsrail və Türkiyə 2016-cı ilin iyun ayında barışıq razılaşmasına imza atıb.

Cari böhran artıq görünməmiş səviyyədədir: İsrail Qüdsdəki Türkiyə konsulunu heç vaxt qovmayıb və Türkiyə də əvvəllər İstanbuldakı İsrailin konsuluna qarşı eyni əməli etməyib. Lakin ekspertlər deyir ki, spiral hələ də nəzarətdədir, gərginlik artırılmayacaq.

Türkiyə üzrə ekspert və “Mitvim” – Xarici Siyasət Regional İsrail İnstitutunun sədri Nimrod Qoren bildirib: “Əslində, əgər böhranı dərinləşdirən təxribatlardan çəkinilərsə, Türkiyə və İsrail səfirlərinin bir neçə ay ərzində işlərinə qayıtmasını gözləmək olar. O iddia edir ki, “Mavi Marmar”a hadisəsi iki ölkə arasında birbaşa toqquşma idi və atışmada türk vətəndaşları öldürüldükdən sonra Türkiyə İsrailə xüsusi tələblər irəli sürdü. Bu dəfə heç bir konkret tələb yoxdur. Türkiyənin indiki hərəkətləri artıq sadəcə baş verən hadisələrə etirazdır”.

Digər tərəfdən, Xarici İşlər Nazirliyinin keçmiş baş direktoru və İsrail səfiri Alon Lielə bildirilib ki, Türkiyənin müəyyən “qırmızı xətlər”i var, əgər bu “xətlər” keçilərsə, bu, dərhal ikitərəfli əlaqələrin dramatik pisləşməsinə gətirib çıxaracaq.

Ərdoğanın odlu şərhləri və israilli diplomatların təhqir olunmasından sonra bəzi yüksək səviyyəli siyasətçilər, o cümlədən Nazirlər Kabineti İsrailin “erməni soyqırımı”nı rəsmən tanımağa çağırıb. Digərləri kürd müstəqilliyini tanımasını.

“Bu, Türkiyə üçün mütləq “qırmızı xətlər”dir, – 1980-ci illərin əvvəllərində Ankarada xidmət edən cənab Alon Liel bildirib. – Əgər bu “qırmızı xətlər”ə çox yaxınlaşmayacağıqsa və Qəzzadakı iğtişaşlar yenidən intensivləşməyəcəksə, mövcud böhran bir neçə ayda həll edilə bilər”.

 Rafael Ahren

“The Times of İsrael”

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar