Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeddi həkimi əvəz edən gicitkən


Slavyanların qədim bir atalar sözündə deyilir: "Bir gicitkən yeddi həkimi əvəz edir"


Yapon xalq təbabətində gicitkənin təzə şirəsi arı və ilan sancması zamanı zəhər əleyhinə vasitə kimi istifadə olunur. Onun cavan pöhrələri ilə yemlənən heyvanların südü və yağlılığı artır.

PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, bitkinin həm təzə, həm də qurudulmuş yarpaqları güclü qankəsici təsirə malikdir, yarpaqlarının ödqovucu, iltihab əleyhinə, damardaraldıcı xüsusiyyətləri var. Gicitkən yarpağı qanda şəkərin miqdarını azaldır və südverən analarda süd ifrazatını artırır.

Gicitkən köklərinin dəmləmə və bişirməsi böyrək və mədə xəstəliklərində, ishallar, dezinteriya, qurd xəstəlikləri, furunkulyoz, revmatizm, bronxial astma, ağciyər vərəmi zamanı bəlğəmgətirici, qızdırmasalıcı vasitə kimi və saçların dibini bərkitmək üçün istifadə olunur. Yarpaqların dəmləməsi bağırsaq, böyrək, ağciyər, uşaqlıq və digər qanaxmalarda, həmçinin yuxusuzluq zamanı tətbiq edilir.

20 qram gicitkən üzərinə 1 stəkan şərbət əlavə edilərək 15 dəqiqə qaynadılır, öd daşı və böyrək daşı xəstəliklərində gündə 3-4 dəfə 1 xörək qaşığı, daxili qanaxmalar zamanı gündə 4-5 dəfə 1 çay qaşığı qəbul edilir.

Hipertoniya və aterosklerozdan əziyyət çəkənlərin, qlomerulonefrit kimi böyrək xəstəliyi və qanın laxtalanması yüksək olanların gicitkəndən istifadə etməsinə icazə verilmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar