Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yazıçılar əsərlərinin adını necə qoyurlar?


Bəzən əsərin adı oxucuya çox söz deyir


Biz ilk dəfə əsərin adı ilə qarşılaşırıq. Bəs yazıçılarımız əsərin adını necə seçirlər? Ad seçimində çətinlik çəkirlərmi?

 Kulis.Az bu barədə yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik.
 
Anar
 
Adı qoymaqda çətinlik çəkmirəm. Bəzən əsərə başlayanda adını qoyuram, bəzən də əsəri bitirdikdən sonra. 
 
Əkrəm Əylisli
 
Əsəri yazandan əvvəl adını qoymuram. Uşaq doğulmamışdan qabaq ad qoymurlar axı. O adı mən sonra fikirləşirəm. Birdən bir ad gəlir ağlıma və deyirəm ki, bax bu olar. Mənim əsərlərim rus dilinə tərcümə olunanda adını başqa cür qoyuram. Məsələn, “Kür qırağının meşələri”. Bu rus dilində belə səslənə bilməzdi. Ona görə də onu belə adlandırdım: “Над крой в теплых лесах”. Yaxud da “Mənim nəğməkar bibim” hekayəsini götürək. Rusca bu çox şit çıxır. Ona görə onu ruscaya çevirəndə belə elədim: “Сказки тотишки наедине”.
 
Ad gərək çox bağıran, çığıran olmasın. Çox sadə olmalıdır. Dünya ədəbiyyatına fikir verək. “Don Kixot”, “Səfillər”, “Madam Bovari”, “Karamazov qardaşları”. Görün necə sadədir. Bizdə isə əsərin adı ilə məzmununu müəyyənləşdirmək istəyirlər. Estrada yazıçıları adla əsəri təbliğ edirlər. Adı ilə əsərini gözə soxurlar.
 
Çingiz Hüseynov
 
Əsər alınmayanda istər "qızılgül" qoy adını, istər "qaraqul", fərqi yoxdur... Amma alınanda "adı" yox, "dadı" qalır..."
 
Elçin Hüseynbəyli
 
Məndə ad məsələsi yazıdan qabaq yaranır. O da öz-özünə yaranır. Yazının mahiyyətindən doğur. Nadir hallarda dəyişdiyim olub. Mən ad seçməkdə heç vaxt çətinlik çəkməmişəm.
 
Mübariz Cəfərli
 
Mənim ən yaralı yerimdir. Zülmlə tapıram əsərin adını. Bəlkə yazı prosesində 20 dəfə dəyişirəm əsərin adını. Ən çətin yerimdir. Yalandan bir ad qoya bilmirəm.
 
Nəriman Əbdürrəhmanlı
 
Heç vaxt əsərlərimə ad seçməmişəm, ad təbii şəkildə mövzu ilə birgə doğulur, ilkin adı da dəyişmirəm. Cəmi bircə dəfə belə təsadüf olub. “Yolçu” romanının birinci adı “Karvansaray” idi, yazı prosesində duydum ki, bu ad romanı bütövlükdə ifadə eləmir, ona görə də təbii halda ağlıma gələn “Yolçu” ilə dəyişdim, bunun üçün də peşman deyiləm. Bəzi adlar (məsələn, “Dönəlgə”, “Yelçəkən” ) çox işlək sözlər olmadığından bəzən mənasını özümdən soruşurlar, buna da normal baxıram.
 
Cavid Zeynallı
 
Adətən belə bir çətinliyim olur. Bəzən mənə elə gəlir, yaxşı ad seçmək əsər yazmaqdan daha çətindir. Ona görə mövzu beynimdə yarananda çalışıram ki, bəri başdan adını tapım. Hətta bir neçə hekayənin qeydlərini götürmüşəm, artıq onların adını telefona yazmışam ki, yaddan çıxmasın.
 
Alpay Azər        
 
Bəzən hekayələrimə ad tapana qədər çox əsəbiləşirəm. Aylar keçir, 4-5 variantdan birini güclə seçirəm. Məsələ burasındadır ki, tənqidçi, yazıçı dostlar da hərdən ad məsələsində mənə irad tuturlar, hərçənd düşünmürəm ki, hekayələrimə qoyduğum bütün adlar uğursuzdur.
Hesab edirəm ki, uğurlu ad əsərin oxunması üçün vacib olan şeydir. Çünki oxucu, adətən, kitabı açanda, ilk olaraq mündəricatdakı adlara baxır, cəlbedici ad onu o dəqiqə özünə çəkir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar