rezonans

Xəbər xətti

19 İYUN

12:20 Ağdaşda həyətində çətənə kolu əkən şəxs saxlanılıb

12:15 “Üçüncü Atom Elektrik Stansiyasını da tikəcəyik” –Ərdoğan

11:54 Bayram günləri respublikada baş verən yol qəzalarında 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb

11:46 David de Xea dünyanın ən bahalı qapıçısı ola bilər

11:42 BMT-nin insan hüquqları üzrə Ali Komissarı Azərbaycanı fəal əməkdaşlıq edən ölkə adlandırıb

11:37 Azərbaycandan Gürcüstana qaz ixracı 16,5% artıb

11:33 Merve Boluğur yeni sevgilisi ilə

11:26 MTN-nin qadın generalı Natəvan Mirvətova apellyasiya şikayətini geri götürüb

11:22 Azərbaycanda deputat vəfat edib…

11:17 Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfə artıb

11:13 “Parada hazırlıqla əlaqədar bəzi yollar bağlanacaq”

11:05 KXDR lideri Kim Çen In Pekinə qəfil səfər edib –Yaponlar xəbər yaydı

10:59 ABŞ prezidentinin reytinqi rekord həddə çatıb

10:55 ABŞ-ın mamaçası olduğu qurum daxili didişmələrlə yalnız adını saxlaya bilib

10:40 Türkiyədə mina partladılıb:bir hərbçi şəhid olub, ikisi yaralanıb

10:37 Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib

10:36 Bu gün “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli olacaq

10:32 Tikinti materialları bazarında yanğın söndürülüb

10:27 Qusarda ana və 7 yaşlı qızı itkin düşüb

10:22 ETSN: Yanğın baş verən ərazidə monitorinq və araşdırma işlərinə başlanılıb

10:17 Yanğın baş verən əraziyər nazir müavini Etibar Mirzəyev gəlib

10:13 Bakıda sürücü avtomobildən düşərkən ona 4 bıçaq zərbəsi vurulub

10:09 Obama növbəti prezident seçkilərində siyasətə qayıda bilər

10:05 Zaqatalada 1,8 kq narkotik vasitəni satan keçmiş məhkum tutulub

10:04 “Dərnəgül” bazarında böyük yanğın-Hadisə yerindən görüntülər

18 İYUN

21:55 Tramp: “ABŞ qaçqınlar üçün düşərgəyə çevrilməyəcək”

21:46 Ermənistan ordusunda yüksək vəzifələrə təyinatlar olub

21:39 FES-in qərarı: dollar sürətlə möhkəmlənir

21:24 İtaliyada yüzdən artıq mafioz həbs olunub

21:12 “Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

21:07 Ət kəsiminin sanitar normaları açıqlandı

20:55 Argentinalı senatorun arvadı və oğlu ölü tapılıb

20:49 Dərəyə aşan avtomobilin sürücüsü öldü

20:37 DÇ- 2018: Kaliniç yığmadan qovuldu

20:23 Yıldırımdan Menbiç açıqlaması

20:11 İndoneziyada göyərtəsində 80 nəfərin olduğu gəmi batıb

20:06 Kadırovdan ABŞ-a cavab

19:58 Makedoniyada etirazlarda xəsarət alanların sayı 17-ə çatdı

19:50 Menbiçdə birgə hərbi əməliyyat başladı

19:42 Quşadasında azərbaycanlı qadınlar tutuldu

19:37 Kral 30 milyardı öz adına keçirdi

19:30 Online oyunlardan asılılıq xəstəlik kimi tanındı

19:23 Makedoniya yeni qanun layihəsini təsdiqləyib

19:11 Xudat sakinindən narkotik götürülüb

19:06 Türkdilli ölkələr vahid gömrük zonası yaradır

18:59 Aslan Kərimin videosundan danışdı

18:46 İsrailin keşmiş naziri İran casusu çıxdı

18:41 Qadına söyüş söymək niyə yaraşmır?

18:37 Gürcüstan hökumətinin yeni tərkibi parlamentə təqdim olundu

18:30 Bu aydan “iPhone” ucuzlaşır

18:24 Qrişem: “Trampın arvadı buna nifrət edir”

18:19 Türk ordusundan Menbiç açıqlaması

18:13 Türkiyənin keçmiş naziri vəfat etdi

18:08 “Fənərbağça”nın baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

18:02 DÇ-2018: İsveç millisi Cənubi Koreyanı məğlub etdi

17:55 Bu il Azərbaycanda 400 tondan artıq barama təhvil verilib

17:49 Kazım Qarabəkir paşanın qızı vəfat etdi

17:42 “Atasının ölümünə səbəb Aytacdır”

17:36 Ölüm riskini azaldan qidalar – Siyahı

17:31 “Neftçi” Baqali Dabonu transfer etdi

17:27 “Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir”

17:23 Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq

17:18 Salyanda üç bacının yeganə qardaşı özünü asdı

17:12 Bitkoin ucuzlaşır

17:12 Avtomobil dərəyə aşdı: 2 yaralı

17:04 Şəkidə avtomobil yanıb

16:34 “Audi” şirkətinin rəhbəri həbs olunub

16:30 Həsən Ruhani Avstriyaya səfər edəcək

16:24 “Azadlıq” meydanında hərbi paradın məşqləri başlayıb

16:19 Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

16:15 Rusiya Baltik dənizi yaxınlığında hərəkətə keçdi

16:11 Türk əsgərləri Menbiç şəhərinə doğru irəliləyir

16:07 Gəncə sakinindən “Tramadol” həbləri götürülüb

16:02 İranda üç polisi öldürən avtobus sürücüsü edam olunub

15:58 Leysan İsmayıllının 66 kəndini, Ağsunun 70%-ni işıqsız qoydu

15:53 Lider olmaq üçün 4 qayda

15:49 İranın Suriyada üç çətin seçimi - Təhlil

15:45 Azərbaycanlı biznesmen həbs olundu

15:42 “Qarabağdakı aviaşou Paşinyanın zəifliyinin göstəricisidir”

15:37 Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

15:31 Əhalinin banklarda 7.8 milyard manat pulu var

15:26 “Günay Bank”ın sədri: “Bankdan pul oğurlanması iddiası əsassızdır”

15:22 “Facebook” uşaqlar üçün bunu qadağan etdi

15:19 “Əl-Qaidə”-nin liderlərindən biri saxlanılıb

15:15 İspan kralının kürəkəni cəzasını qadın həbsxanasında çəkəcək

15:11 Goranboy sakini yuyucu tozdan zəhərlənib

15:06 Qaradağda 4 otaqlı ev yanıb

14:56 Elektrik naqilləri oğurlayan şəxs yaxalanıb

14:51 Ötən gün 76 cinayət faktı qeydə alınıb

14:47 Arif Rəhimzadə: “Sərdar Cəlaloğlu tamamilə başını itirib”

14:44 Melania Tramp: “ABŞ qəlblə idarə olunan ölkədir”

14:40 Keçmiş Yəmən prezidentinin ölüm qabağı müraciəti yayılıb

14:36 İdmançımız Avropa çempionatında 25-ci yeri tutdu

14:31 Özünü birinci mərtəbədən atmaq istədi

14:27 Ağdamda yağan yağış nəticəsində evlərə su dolub

14:23 DÇ-2018: Kaliniç Xorvatiya millisindən uzaqlaşdırıla bilər

14:19 Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

14:15 Instagram bu funksiyanı ləğv edir

14:11 Zəlzələ nəticəsində xəsarət alanların sayı 300 nəfəri keçdi

14:07 Çindən Türkiyədəki seçkilərlə bağlı açıqlama

14:03 Azərbaycan XİN-dən Manvel Qriqoryanın həbsinə münasibət

13:59 Erməni müəllif Bakını hədələdi

13:56 Kravçukdan Putin və Poroşenkoya çağırış

13:52 İŞİD Suriyada əsas istinadgahını itirib

13:47 Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib

13:43 6 tona yaxın çətənə kolu aşkarlandı

13:38 “Bir qoca ilə bir qarı vardı”

13:35 Löv: “Bu məğlubiyyətdən dərs çıxarmaq lazımdır”

13:31 Roma Papası miqrantlara dəstək verdi

13:14 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı

13:09 Paşinyanın həbs etdiyi generalın oğlu istefa verib

13:06 Şəkidə çobanı ildırım vurub

13:01 Gürcüstanda “Lotu Quli”nin adamları saxlanılıb

12:53 Sabahın hava proqnozu

12:49 Moskva və Riyad neft hasilatında artıma razılaşdı

12:46 Dünya çempionu velosipeddən yıxılıb öldü

12:42 Yaponiyadakı zəlzələdə azərbaycanlılar zərər çəkməyib

12:38 Bu günün hava proqnozu

12:34 Günün matçlarını yayımlayacaq kanallar

12:30 Güclü külək və yağış 3 rayonda fəsadlar törətdi



GÜNDƏM

...

Yazıçılar Birliyi Hacıbala Abutalıbova qarşı sərt bəyanat qəbul etdi

Tarix 12.09.17, 14:41

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycan Yazıçılar Birliyinin katibliyi son günlər «26» kafesi ilə bağlı yaranan qalmaqalla bağlı iclas keçirib və bəyanat yayıb


PİA.AZ həmin bəyanatın tam mətnini təqdim edir:

Öncə məsələnin tarixçəsi. Uzun illərdir ki Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahə kirayə verilir. Bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır. «Buranı bağlayacayıq, qoymayacayıq» və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Neçə-neçə ağır maddi durumda olan yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz. Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz.

Qalmaqalın özü barədə. Nədən başladı rəsmi şəxslərin və qabaqcadan xəbərdar edilmiş media nümayəndələrinin iştirakıyla keçirlirən bu basqın, reyder reysi?

Kiminsə ağlına gəlib ki, dünya kafelər şəbəkəsi kimi məlum olan 26 rəqəmini adı bədnam Bakı komissarlarıyla əlaqələndirsin. Güllələnmiş adamların şərəfinə kafe? Bu fikir o qədər gülünc və absurddur ki, heç cavab verməyə də dəyməzdi. Amma bu uydurma bəhanəylə kimlərinsə coşub özündən çıxması, «asacayıq, kəsəcəyik» deyə xox gəlməsi acı təəssüf doğurur. Kafeni işlədənlərin atası və qardaşının ermənilər tərəfindən qətlə yetirildiyini yada salanda şəhid ailəsini erməni havadarlığında suçlamaq abırsızlığın son həddidir. Bu azmış kimi hətta Yazıçılar Birliyinə də əl və dil uzadırlar. O təşkilata ki, Qarabağ fitnəkarlığı ortalığa atılandan bəri həmişə erməni millətçiləriylə mübarizənin ən fəal iştirakçısı olub. Bir çox yazıçılarımız, o cümlədən Birliyin rəhbərləri Bakıda, Moskvada, Türkiyədə, Avropa ölkələrində xalqımızın haqq işini müdafiə edən, erməni təcavüzünü, dinc əhaliyə qarşı vəhşiliklərini ifşa edən yazılar yazıb, çıxışlar ediblər.

Guya kiminsə arvadı ya dayısı ermənidir kimi populist sözləri və psixi sapıntıları ciddi qəbul etmək düz deyil, onları sadəcə sayıqlama saymaq olardı, amma Bakının İcra başçısı Hacıbala Abutalıbov kimi mötəbər rəsmi şəxsin Birliyimizin katibi Çingiz Abdullayevə verdiyi cavaba münasibət bildirməmək də olmaz, çünki bu cavab yumşaq şəkildə desək yanlışlıqlarla doludur. Əvvəla kafenin keçmiş adı Hacıbala müəllimin dediyi kimi «26-lar» yox «26»dır. İkincisi, kafenin adının həm də ingiliscə yazılması da heç cür komissarlarla əlaqələndirilə bilməz. Onda gərək Bakıda yüzlərlə müəssisənin, idarənin, dükanın, bankın, otelin adlarının həm də ingiliscə yazılması da komissarlarla bağlı olsun. Bakının bir çox ictimai iaşə yerlərində olduğu kimi «Xanımlara qəlyan çəkmək pulsuzdur» ifadəsi buranı əxlaqsızlıq yuvası və priton adlandırmağa əsas vermir. Əgər əxlaqsızlıq yuvaları axtarırlarsa, bəzi bağlarda və küçələrdə müştəri axtaran həqiqi pozğunları yığışdırsınlar.

Bəs bu lüzumsuz mərəkənin əsl səbəbi nədir? Bu çox sadə izah olunur. Sentyabrın 8-də «Yeni Müsavat» qəzetində Bakının bir küçəsinin foto şəkli verilmişdi. Küçə «26 Bakı komissarı» (!) adlanır. Özü də Sabunçu rayonundadır.

Azərbaycan 26 ildir ki, müstəqilliyini elan edib. (26 rəqəmini ayrı yerə yozmayın ha)! Bu 26 ildə nəinki küçənin adı dəyişdirilməmiş, onun lövhəsi belə təzələnmiş və latın əlifbasıyla yenidən yazılıb divara vurulmuşdur. Xalqımızın cəlladlarının xatirəsinə havadarlıq etmək bax budur və elə həmin gün, yəni qəzetdə bu məlumat və şəkil çıxan gün hədəfi ayrı ünvana yönəltməkçün bu “26” kafe avanturasına start verildi. Əhsən deyək ki, bu kompaniyanın təşkilatçıları çox qıvraq hərəkət ediblər. Ayın 8-də olan hadisəyə 9-da çıxan rəsmi qəzetlərdə dərhal geniş material həsr olunub və həmişə hər şeyə hazır olanların rəyləri toplanıb. Elə bil yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün hayıf çıxırlar.

Sovet dövrünü yaşamış insanlar belə əcinnə ovlarını da, məsələnin əsl mahiyyətindən xəbərsiz «cəmiyyət nümayəndələrinin» əlüstü «ovçularla» həmrəy olduqlarını da yaxşı xatırlayırlar. Elə Şaumyanı da, başqa komissarları da tərifləyib göylərə qaldıran, bu temalarda dissertasiyalar müdafiə edib yüksək elmi adlar alanlar öz tarixçilərimiz deyildimi? Hansı biri üzrxahlıq edib, O, Azərbaycan xalqından onu illər boyu aldatdıqları üçün üzr istəyib?

Hacıbala müəllim iddia edir ki, «Sözü gedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu Natəvan klubuna aiddir. Belə bir yerə əxlaqsız gecə klubu olan «26-lar kafesi»nin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir».

Dahilərin ruhuna və Azərbaycan xalqına hörmətsizlik bilmədiyin bir məsələ haqqında belə iddialı hökmlər verməkdir. Natəvan klubu Yazıçılar Birliyinin o məkanında deyil, həmişəki kimi üçüncü mərtəbəsində yerləşir və indi də fəaliyyət göstərir, demək olar ki, hər gün bu klubda ədəbi tədbirlər keçirilir. Əgər hörmətli Hacıbala müəllim bir dəfə Yazıçılar təşkilatına reyder reysiylə deyil, əziz müsafir kimi təşrif gətirsəydi onu məmnuniyyətlə dördüncü mərtəbədə yerləşən və fəaliyyət göstərən Məmməd Arif kitabxanasıyla da tanış edərdik və bu böyük alimin binamızda vurduğumuz barelyefini də görərdi.

Hacıbala müəllim Natəvan klubunda bir ədəbi tədbirimizdə iştirak etsəydi onu da bilərdi ki, mənhus 37- ci ildə repressiya qurbanları olmuş böyük Hüseyn Cavidin və Mikayıl Müşfiqin Natəvan klubundan xəbərləri ola bilməzdi, çünki bu klub 1939-cu ildə açılıb. (Elə Yazıçılar İttifaqı da o vaxtdan bu binaya köçüb). Axı nə qədər yanlış sözlər deyib onlardan yanlış nəticələr çıxarmaq, ictimaiyyəti xamlamaq olar. Yeri gəlmişkən bu böyük alimin - Məmməd Arifin yaşadığı evə xatirə lövhəsi vurdurmağı Hacıbala müəllimdən xahiş edirik.

Ermənilərin və ermənipərəstlərin Azərbaycan Yazıçılar Birliyinin əleyhinə dedikləri, yazdıqları, Sovet vaxtı Moskvaya millətçiliyimiz haqqında danos vermələrinin səbəbi aydındır. Bəs özümüzünkilər niyə bu təşkilata belə qənim kəsilib, əllərindəki bütün imkanlardan istifadə edərək bu təşkilatı və ayrı-ayrı görkəmli yazıçıları nüfuzdan salmağa çalışırlar? Yazıçıların nə külli miqdarda varı-dövləti, nə yüksək vəzifələri, nə müxtəlif imkanları var. Bircə silahları var – o da qələmləridir, amma unudulmasın ki, bu çox güclü silahdır və həmin silahla damğalananlar tarixdə bu damğayla qalacaqlar.

Bununla da bu mübahisəyə son qoymaq istəyirik və qarşı tərəfi də Yazıçılar Birliyi kimi nüfuzlu təşkilata daha təmkinlə və hörmətlə yanaşmağa çağırırıq.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

İranın Suriyada üç çətin seçimi - Təhlil

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” təsis edilib

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru