Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yazıçı olmağın üç şərti


Niyə ürəyimiz istəyəni yaza bilmirik?


Niyə dünyaya çıxa bilmirik?
 
Niyə bizdə alınmır?
 
Suallar çoxdur.
 
Mənə görə, Azərbaycan ədəbiyyatının üç vacib problemi var.
 
Sıralayaq...
 
1. İstedad
 
Əslində, ölkəmizin istedad problemi heç vaxt olmayıb. Ənənəvi istilahla desək, torpaq yetirir! Ancaq istedadı reallaşdırmaq üçün lazımı mühitin olmaması çox vaxt bu istedad sahiblərinin toplumda görünməsinə, qiymət almasına imkan vermir. Azərbaycan istedadlarla yox, məhv olmuş istedadlarla doludur. Dolanışıq dərdi gənc şair və yazıçıların axırına çıxır. Bir yandan da ətrafdakı dərd-əzablara dözməyib içkiyə qurşanmaq mərəzi... Vəziyyət ağırdır.     
 
2. İntellekt
 
İstedadlı adamların içərisində nadir adamlar olur ki, bu mərhələyə adlaya bilir. Elə bir istedadın məhv olması onun bu və ya digər səbəblərdən gəlib intellekt mərhələsinə ulaşa bilməməsinə görədir. Ədəbiyyatda intellekt hər şey deyil, amma çox şeydir. İntellektli adam dərdə-ağrıya da dözüm tapır, onu ədəbi məhsula çevirərək özünü xilas edir. Üstəlik intellektli adamın dolanışıq, yaşayış dərdi çox olmur. Çünki, nə qədər olmasa savadlı, bacarıqlı, zəhmətkeş insanlar daha asan iş tapa bilirlər.
 
3. Şəxsiyyət
 
Şəxsiyyət olmasa, bir ədəbiyyat adamının istedadı və intellekti heç nəyə yaramayacaqdır. Heç nəyə yaramaması bir yana, ədəbiyyata ziyan vuracaqdır. Ədəbiyyat mənəviyyatla sıx bağlı məsələ olduğundan burda oyunbazlıq, üzgörənlik, yaltaqlıq çox pis görünür. Kənardan baxanları sözdən iyrəndirir. Ona görə, şəxsiyyəti olmayan istedadlı intellektual çox təhlükəlidir. Belə adamları adətən prinsipsizliyindən, ikili, üçlü standartlarla düşünmələrindən, ədəbiyyatı şəxsi ambisiyalardan uca tutmalarından asanlıqla tanımaq olar.
 
Bütün dünyada olduğu kimi bizdə də sabaha daşınacaq, sabaha işıq salacaq ədəbiyyatı istedadı, intellekti və şəxsiyyəti olan insanlar yaradacaqlar.
 
Necə ki yaradıblar.
 
Şərif AĞAYAR(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar