Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yazıçı Varis yüksək vəzifəyə təyin olunub

Azərbaycan yazıçısı Varis (Varis Yolçuyev) beynəlxalq statuslu yüksək vəzifəyə - Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri vəzifəsinə təyin olunub


Yazıçının Kulis.aza verdiyi xəbərə görə, bu mötəbər qurumda həmsədrlik missiyasını o, Almaniya, Fransa, Rusiya, Qazaxıstan, Belarus, Danimarka, Avstriya və Çindən olan digər 8 həmsədrlə birgə icra etməyə başlayacaq ki, onların da arasında Sergey Biryukov, Nadaa Sendoo, Aleksandr Ratkeviç, Oljas Süleymenov kimi tanınmış və nüfuzlu şəxsiyyətlər yer alıb.

Həmsədrlərin missiyası 5 milyard nəfərdən artıq əhali yaşayan, 94 ölkəni birləşdirən bu nəhəng materikdə böyük və əhatəli ədəbiyyat layihələrinin təşkili məsələləri ilə məşğul olmaqdır.

Əsas məqsədi xalqların geniş dialoqu, qarşılıqlı əlaqələri və ictimai diplomatiyası əsasında Böyük Avrasiya Əməkdaşlığı İctimai İnteqrasiya Modelinin formalaşdırılmasını təmin etmək hesab edilən Avrasiya Millətlər Assambleyasının bir qurumu olaraq Ədəbiyyat Şurası özlüyündə cəmiyyətlərin ədəbiyyata, ümumən mədəniyyətə daha çox diqqət ayırmasına, mənəvi-əxlaqi dəyərlərə daha çox önəm verilməsinə xidmət edir.

Yazıçı Varis  təyinatla bağlı verdiyi açıqlada belə yüksək  beynəlxalq tribuna əldə etməyindən böyük qürur duyduğunu, fürsətdən istifadə edib Azərbaycana, mədəniyyətimizə, ədəbiyyatımıza fayda gətirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar