Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yazıçı Həmid Herisçinin imza günü keçirildi - Fotolar


Bu gün kitabevim.az da yazıçı Həmid Herisçinin "Hekayələr" kitabının imza mərasimi baş tutub


Musavat.com xəbər verir ki, tədbirdə yazarın oxucuları, tanınmış ziyalılar və dostları iştirak edirdilər. Çıxış zamanı Herisçini təbrik edənlər arasında rejissor Ramiz Mirzoyev, tənqidçi Əsəd Cahangir, "Yeni Müsavat" qəzetinin redaktoru Azer Ayxan, yazıçı Aysel Əlizadə, Ümid partiyasının sədr müavini Tamilla Qulami, telejurnalist Afaq Vasif qızı, televiziya mütəxəssisi, professor Qulu Məhərrəmli, yazar İkinci Mahmud, Herisçinin həyat yoldaşı, tanınmış telejurnalist İlhamiyyə Rzayeva, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, şair Mail Yaqub və başqaları var idi.

Qulu Məhərrəmli çıxışında Herisçinin Azərbaycanın postmodernist yazıçısı kimi dünya yazıçıları ilə eyni ranqda olduğunu vurğuladı. Aysel Əlizadə bütün tərəfləri ilə - teleaparıcı, şair, publisist, nasir kimi Həmid Herisçinin novator olduğundan danışdı: "O, cəmiyyətini adlamış adamdı. Biz hər şeyi adı ilə çağırmağı öyrənməliyik və insanlara layiq olduqlarını deməkdən çəkinməli deyilik. Həmid Herisçi bütün tərəfləri ilə yaradıcılıq adasıdı. Və həqiqi qiymətini yüz il, iki yüz il bəlkə min il sonra alacaq ustad sənətkardı".

Azər Ayxan Həmid Herisçi ilə "Yeni Müsavatda"kı əməkdaşlıqlarından söz açdı: "Həmid bəylə işləmək həm çətin, həm asandı. Asandı çünki xırdaçı, intriqabaz deyil və istənilən vəziyyətdə kompromisə getməyi bacarır. Çətin tərəfinə gəldikdə, o, çox fərqlidi, yazılarına qarşı hədsiz məsuliyyətlidi və redaktordan da bunu gözləyir".

Tamilla Qulami isə Herisçi ilə bağlı xatirə paylaşdı: "O, yazıçı olmağı ilə yanaşı, həm də uşaqların dostudu. Yazılarındakı sehri uşaqlarla ünsiyyətdə onlara ötürür, əsl sehrbaz kimi görünür və uşaqlar ona inanırlar. Həmid bəy bütün bacarıqları ilə yanaşı həm də çox yaxşı atadı".

Çıxışlardan sonra müəllif kitabları imzaladı. Qonaqlarla xatirə şəkilləri çəkdirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar