Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yayda yol qəzalarının artmasının səbəbləri


Ekspertin sözlərinə görə, hərəkətliliyin artması, sürücülərin hava şəraitini nəzərə almadan yola çıxmaları qəzaları çoxaldır


Yayın gəlişi ilə yollarda avtomobil qəzalarının sayı artmağa başlayıb. Statistikaya nəzər yetirəndə görürük ki, bu qəzaların əksəriyyətinin sonu ölümlə nəticələnən ağır yol hadisələridir. Bugünlərdə Şəmkir yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi 4 nəfərin ölümünə, 4 nəfərin isə ağır yaralanmasına səbəb oldu. Daha bir ağır - üç nəfərin ölümü ilə nəticələnən yol qəzası Sumqayıtda baş verdi. 

Demək olar ki, hər il yay aylarında ağır yol qəzalar artır. 

Bəs bunun səbəbi nədir?

Ekspertlər bildirir ki, yollarda sürücülərin sürət həddini aşması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi qaydalarının pozulması, sərxoş vəziyyətdə avtomobil idarə etmək bu cür hadisələrin baş verməsinə səbəb olur.

Hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov mövzu ilə əlaqədar “Yeni Müsavat”a açıqlamasında deyib ki, bunun əsas səbəblərindən biri yay vaxtı yollarda hərəkətliliyin artmasıdır: “Müqayisə etsəniz görərsiz ki, qış, payız aylarında yollarda daha az avtomobil görünür, nəinki yayda. Yayda meyvə-tərəvəzin əkilib becərilməsi, məhsulun yığılıb bazara, kənddən şəhərə çatdırılması prosesi olur. Və yaxud gənclər rayonlara qayıdır, istirahətə gedən çox olur, insanlar daha çox yayda tikinti işləri ilə məşğul olur və sairə. Yay vaxtı əsas qəzaların daha çox olması bununla bağlıdır. 

Digər səbəblər də var. Bəzi sürücülərin yorğunluğu, isti hava şəraitini, avtomobillərində havalandırıcı sistemin normal vəziyyətdə olub-olmamasını nəzərə almadan yola çıxması, aqressivlik, səbirsizlik göstərməsi və sairə ağır qəzalara səbəb olur.  Sürücü hazırlığı deyəndə avtomobili necə idarə etmə qaydalarını bilmək yetərli deyil, təhlükəsizliklə bağlı aydın düşüncələr olmalıdır. Sürücülüklə bağlı aydın, dəqiq təfəkkürü olmayan sürücü istənilən vaxt qəza törədə bilər. Təchizatı, texnikasında problemi olan avtomobillə yola çıxmaq olmaz. Çıxdınsa, deməli, risk edirsən. Bu da faciəyə gətirib çıxara bilər". 

Ərşad Hüseynov həmçinin qeyd etdi ki, piyadalar da əksər hallarda qəza şəraiti yaradır:
“Xüsusən yaşayış məntəqələri ərazisində yayda piyadaların sayı çox olur. Qışa nisbətən yayda daha çox bayıra çıxır, gəzməyə gedirlər. Lakin piyada kimi də yol hərəkəti qaydaları ilə bağlı düşüncələrimiz zəifdir. Kənd yerlərində heyvandarlıqla məşğul olanlar yol hərəkəti qaydalarını pozurlar. Məsələn, bu yaxınlarda bir avtomobil qoyun sürüsünü vurdu. Belə məlum olur ki, bəzi bu cür təsərrüfatla məşğul olanların yol qaydalarından aydın anlayışı yoxdur. Asfaltda qoyun sürüsünün nə işi var? Bunu qanun qadağan edir axı. Hər şeydə düşüncəmiz, təfəkkürümüz dəyişməlidir, başqa yol yoxdur. 

Eyni zamanda yol hərəkətinin təşkilində də müəyyən problemlər var. Məsələn, yol nişanlarının qoyulması, yolun işıqlandırılması ilə bağlı və sairə. Bəzi məsələlər də var ki, onlar da həll olunmalıdır".

Qeyd edək ki, bu ilin 5 ayı ərzində respublika ərazisində 732 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunun da nəticədə 242 nəfər həlak olub, 797 nəfər yaralanıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Məlumata görə, Bakı şəhəri ərazisində 268 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunun da nəticəsində 58 nəfər həlak olub, 290 nəfər yaralanıb. 

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,3%-i (281 hadisə, 91 ölüm, 311 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 24,7%-i (181 hadisə, 74 ölüm, 159 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,1%-i (96 hadisə, 21 ölüm, 127 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (14 hadisə, 3 ölüm, 20 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 42,7%-ni (313) piyadaların vurulması təşkil edib, nəticədə 106 piyada həlak olub, 229-u yaralanıb. 

13 yol-nəqliyyat hadisəsi isə piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər uşaq və yeniyetmə həlak olub, 61 nəfər yaralanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar