Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yay fəsli hansı insanlar üçün daha təhlükəlidir?


Mətbuatdan hər gün müxtəlif ölkələrdə yüzlərlə insanın dəhşətli istilər səbəbindən həlak olması haqqında xəbərlər alırıq


Ölkəmizdə kəskin istilər olmasa da, yayın ən isti günlərinin qarşıda olduğunu demək olar. 

Bəs, görəsən isti havaların ölümlə nəticələnməsinin səbəbi nədir? Kəskin istilər hansı insanların həyatı üçün daha təhlükəlidir? 

Bu sualların cavabını axtaran tibb ekspertləri xəbərdarlıq edirlər ki, dəhşətli istilər ani təzyiq düşməsi, ürəyə gedən qan axınının tarazlığının pozulmasına səbəb ola  və ürəktutmalarının artmasına və ürək çatmazlığından əziyyət çəkənlərdə vəziyyətin daha da pisləşməsinə yol aça bilər. Onu da qeyd edək ki, isti havalarda dünyasını dəyişən insanlar arasında yaşlılar daha çox üstünlük təşkil edir. 

Tibb mütəxəssislərinin fikrincə isə kəskin istilərdən qorunmaq üçün nizamlı qidalanma və düzgün müalicə olduqca vacibdir. Xüsusən də, ürək çatışmazlığı olan xəstələr isti mühitə dözümü olmadığından, onlarda əsas həyati orqanlara gedən qan axınının azalması ürəktutması, ürək döyüntülərini  ritminin pozulması ilə nəticələnə bilər. 

Havanın temperaturunun və rütubətin artdığı zamanlarda açıq havada olmaq ürək-damar sistemi xəstələri üçün təhlükəlidir. Xüsusən də, yaşı 65-dən yuxarı olan insanlarda 20 dərəcədən yuxarı temperatur ölüm riskini 2 faiz artırır. 

Aşırı dərəcədə isti hava temperaturu daha çox 60 yaşından yuxarı kişilərə və 70 yaşından yuxarı qadınlara mənfi təsir edir. Həddindən artıq isti hava ani təzyiq düşmələrinə, ürəyə gedən qan axını tarazlığının pozulmasıyla ürək problemlərinin artmasına və ürək çatmazlığından əziyyət çəkənlərin vəziyyətinin daha da pisləşməsin yol açır. 

Dəhşətli istilər günvurmalara, qıcolmalara və xroniki yorğunluğa səbəb ola bilər. Çox vaxt bu kimi neqativ hallar insan səhhətində birlikdə müşahidə olunur. Kəskin  istilərin qəfildən başlaması xəstəliklərin artması ehtimalını da yüksəldir. Çünki bu zaman insan vücudu istilərə uyğunlaşmağa imkan tapmır.
 
Bədənin xarici mühitdəki temperaturun yüksəlməsi zamanı özünü qoruma məqsədiylə göstərdiyi ilk reaksiyalar tərləmə və dəridəki damarların gənişləməsidir. Tərləmə bu baxından, çox önəmlidir və lazım olduğu qədər su-duz qəbul etməklə istilərin verdiyi mənfi təsiri minimuma endirmək olar. Lakin havada rütubətin artması tərləməni azaldır. Bu zaman günvurma baş verir. Deməli, rütubətin yüksək olduğu isti havalar insan səhhəti üçün daha təhlükəlidir.
 
Yayda tərləmə ilə bədəndə su və duz itkisi baş verdiyi üçün bu maddələr lazımi miqdarda qəbul olunmalıdır. Tərləmə vasitəsilə bədəndən su ifrazı insanı istidən bir qədər qoruyur. Lakin itirilən su və duzun bərpa olunmaması qanın qatılaşmasına və laxtalanmaya səbəb olur. Belə olduğu halda, böyrəklər itirilən suyu saxlamaq üçün dövriyyəyə girir və damarlara daraldıcı təsir göstərən maddələr qan dövranına qoşulur. Bu da ürəyin fəaliyyətinə mənfi təsir edir, böyrəklərin fəaliyyətini pozur. 

Normalda insan bədəni 1-2 həftə müddətində isti hava temperaturuna öyrəşir. Ürək çatışmazlığından əziyyət çəkən xəstələr isə istiyə uyğunlaşma olmaqda daha çox çətinlik çəkir. Onlar daxili orqanlara qan axınının azalması ilə meydana çıxan ürəktutma, ürək ritminin pozulması kimi hallarla rastlaşırlar. Bu baxımdan, qan təzyiqini və ürək döyüntülərinin sürətini artıra bilən soda, kola, qəhvə kimi içkilərin çox qəbul edilməsi yolverilməzdir.
 
Ekspertlər xəbərdalıq edirlər ki, isti havada insan bədənində maddələr mübadiləsi fərqli olduğundan ürək-damar sistemi xəstələrinin istifadə etdiyi dərmanlar bir daha həkim nəzarətindən keçməlidir. Xüsusilə də təzyiqi azaldan, sidikqovucu təsiri olan, ürəyin fəaliyyətini tənzimləyən dərmanlardan istifadə edənlər yenidən həkimlə məsləhətləşə bilərlər. 

Çünki dərmanların eyni dozada qəbulu yay aylarında təzyiqin daha çox düşməsinə ya da nəbzin zəifləməsinə yol aça bilər. Həmçinin yayda həddindən artıq tərləmə baş verdiyi üçün sidikqovucu dərmana ehtiyac azala bilər.
 
İsti havalardan sağlam çıxmaq və yayı təhlükəsiz bir şəkildə keçirmək istəyirsinizsə, açıq rəngli, bol, rahat, tərləməni sürətləndirməyən, təri rahat hopduran paltarlar geyinin. Xüsusilə də saat 11.00-16.00 arasında günəşə çıxmayın, ağır, yağlı, yüksək kalorili yeməklər yeməyin. 

Qidanıza bol-bol tərəvəz və meyvə əlavə edin. Az miqdarda, lakin tez-tez qida qəbul edin. Bədənin maye itkisini önləmək üçün isə gündə 2,5-3 litr su için. 

Kola, çay, qəhvə kimi içkilər qan təzyiqini və ürək döyüntülərinin sürətini artırdığı üçün onlardan uzaq qaçın. Kondisionerli və rütubəti aşağı olan mühitdə qalın. Günorta saatlarında açıq havada olmaqdan çəkinin. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar