Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxşı valideyn olmağın sirrləri


Valideyn olmaq dünyanın ən çətin peşəsidir


 Əslində yaxşı valideyn olmağın xüsusi resepti yoxdur. Ancaq yenə də bəzi məsləhətlərə əməl etməyiniz məsləhətdir.

“Qaynarinfo” yaxşı valideyn olmağın bəzi sirrlərini təqdim edir.

Sərhədsiz sevgi və cəsarət

İlk olaraq valideyn kimi övladlarınıza sizin üçün nə qədər önəmli olduqlarını göstərməlisiniz. Kitab oxuyaraq, oyun oynayaraq və ya sadəcə onlarla söhbət edərərək övladlarınızın inkişafına müsbət təsir edə bilərsiniz. Söhbət əsnasında onun dediklərinə qulaq asdığınızı göstərərək fikirlərinin sizin üçün önəmli olduğunu göstərin. 

Öncəliyiniz övladınız olsun 

Həyatımızda istəsək də, istəməsək də kifayət qədər problem var. Bütün bunların içində öncəliyi uşaqlarınıza vermək, sizin nə dərəcədə yaxşı valideyn olduğunuzu göstərir. Bunun üçün bəzən daha az prestijli vəzifə seçməli olacaqsınız. Amma nəticədə özünə inamı olan övlad yetişdirəcəksiniz. 

Komanda ruhu

Adətən ana evdə ailənin həm fiziki, həm də mənəvi ehtiyaclarını qarşılayan insan olur. Atalar isə daha çox riskə getməyə və azad olmağa meyillidirlər. Uşaqların problemləri azad şəkildə həll etməsinin tətəfdarı olurlar. Nəticədə analar qoruyucu, atalar isə sərbəstlik bəxş edən tərəf olaraq bir komanda yaratmış olur və övladlarının hər hansı problemin öhdəsindən komanda ruhu ilə gəlməsini təmin etmiş olur. 

İntizamın önəmi

Övladınıza səhvi düzdən ayırmağı öyrətməyin ən yaxşı yolu kəskin sərhədlər qoyaraq bunu normal şəkildə izah etməkdir. Əgər övladınızla aranızda güc davası başlayarsa, bir addım geri çəkilərək ona bir az zaman verin və 1-2 dəqiqə sakitləşdikdən sonra təkrar münasibət yaratmağa cəhd göstərin. İntizamlı olmaq cəza deyil, əksinə, düzgün şəkildə davranmaq, təşəkkür etmək, üzr istəmək kimi etik davranışları aşılamağın yoludur. 

Məsuliyyətli olmaq

Övladınıza verə biləcəyiniz ən gözəl hədiyyə qəbul edəcəyi qərarlarda və davranışların nəticəsinin məsuliyyətini özünün daşımasıdır. Bunun üçün ən kiçik detallardan başlamaq lazımdır. Məsələn, səhər yeməyində nə yemək istədiyini və həmin gün üçün nə geyinmək istədiyini özünün qərar verməsinə şərait yaradın. Səhv etdikdə səhvini düzəltməkdənsə, ona səhvini özünün başa düşməsi üçün şans yaradın. Övladınızın fikirləri sizdən fərqli belə olsa, düşünməyə təşviq etmək onu rədd edilmə hissindən xilas və xoşbəxtliyi üçün daha azad olmasını təmin edəcək. 

Ona birlikdə olmağın, ailənin nə demək olduğunu öyrədin 

Ailə içində adətlərin və ənənələrin olması uşaqlarda inam hissinin yaranmasına səbəb olur. Yeməklərin eyni stol arxasında yeyilməsi kimi ənənələr ailə daxilindəki fərqli xarakterə sahib insanların bir-birinə yaxınlaşmasını, bununla yanaşı, uşaqlarda aidlik, sahiblik hisslərinin aşılanmasına zəmin yaradır. 

Siz də önəmlisiniz

Bu müddətdə özünüzə də zaman ayırmağı unutmayın. Özünüzü bütünlüklə övladlarınıza həsr etməyiniz zamanla sizi gücsüzləşdirə, yorğunluğa səbəb ola bilər. Bunun üçün də arada bir kinoya getmək, dostlarınızla dərdləşmək sizə yaxşı təsir edə bilər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar