Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın keçmişini bilməyən gənclər - kimi qınayaq...


Hər il olduğu kimi bu il də 20 Yanvar faciəsinin ildönümü ərəfəsində mətbuatda, mediada sorğular keçirildi. Əsasən gənclər arasında keçirilən sorğuda Azərbaycanın müstəqillik tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar hadisənin neçənci ildə, hansı şəraitdə baş verdiyi haqda suallar verilir. Cavablar isə bəzi hallarda ürək açan olmur


Yəni gənclərin verdiyi cavablar bəzən səhv, müxtəlif formada olur. Təbii ki, səhv cavab verən gənclər ictimaiyyət, media tərəfindən qınanılır. Buna misal olaraq bu günlərdə Lider TV-nin efirində yayımlanan bir verilişdə 20 Yanvar hadisələri ilə bağlı keçirilən sorğunu göstərə bilərik. 

Bu sorğu zamanı da respondetlərin əksəriyyəti hadisənin nə vaxt baş verdiyini bilməyib. Onların arasında 20 Yanvarın 1920-ci ildə baş verdiyini, “mən o vaxtı 20 günlük uşaq olmuşam” deyənlər də olub. 

Təkcə 20 Yanvar hadisələri ilə bağlı deyil, işğal olunmuş ərazilərimizlə bağlı təqvimlər və yaxud tariximin 28 may kimi şanlı günləri ilə bağlı da tez-tez sorğular keçirilir. Nəticə demək olar ki, eyni olur. Sonda isə yenə də tarixini bilməyən gənclər qınanılır. Bəs bu cür sorğuların keçirilməsi və yaxud bu cür yanaşma doğrudurmu? Gənclər yaxın tariximizlə bağlı təqvimləri dəqiq bilməlidirlərmi?

Sosioloq Əhməd Qəşəmoğlu ile ilgili görsel sonucu

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Gənclər tariximizdəki hansısa məlumatları, tutaq ki, 100-150 il əvvəl baş verənləri dəqiq bilməyə bilər. Amma 20 Yanvar, Xocalı faciəsi bizim yaxın tariximizdir və bitməmiş tarixin əvvəlidir. Biz hələ bu problemin içində yaşayırıq. Yəni, bu məsələ bitməyib və bu o deməkdir ki, bizim xalıqımız  qələbə yolundan fəaliyyətdə olmalıdır. Təbii ki, qələbənin əldə edilməsi üçün müxtəlif yollar var. Bu məsələdə hər kəsin üzərinə bir vəzifə düşür. Bunun üçün  bizdə vətənpərvərlik hissi yüksək olmalıdır. Vətənpərvərlik hissinin yüksək olması üçün yaxın keçmişdə baş verənlərə qarşı diqqətcil yanaşmalıyıq. Təbii ki, bu cür məsələlərdə biganəlik olarsa, heç bir vətənpərvərlikdən söz gedə bilməz. Əgər hansısa vətəndaşımızın 20 Yanvar, Xocalı faciəsi vecinə deyilsə, onda həmin şəxsin vətənini qorumaq haqda hissləri də olmaz. Ona görə də fikrimcə bütün gənclərin borcudur ki, yaxın keçmişimizlə bağlı hərtəfərli məlumatlı olsunlar.

Əgər gənclərimizin 20 Yanvar, Xocalı faciəsindən kifayət qədər məlumatları yoxdursa, burada bütün günahı gənclərimizdə görməməliyik. Burada günahın böyük bir hissəsi valideynlərin və müəllimlərindir. Çox mülayim, yaxşı yolla evdə və məktəbdə şagirdlərimizə tariximiz haqda məlumat verməliyik, bu haqda inşalar yazılmalıdır və sairə. Bir sözlə , gənclərimizin bu kimi tarixi günləri bilməməsi arzuolunmazdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar