Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə kim kimin dostudur?


PİA.AZ musavat.com-a istinadən Kənan Rövşənoğlunun yazısını təqdim edir


Türkiyədə qarmaqarışıq vəziyyəti ifadə etmək üçün ərəb saçı deyimindən istifadə edirlər.

Bu, yəqin ki, ta qədimdən, ərəblərin qıvrım və qarışıq saçlarına görə ortaya çıxıb. Amma indi müasir ərəblərin saçları qarışıq vəziyyəti tam olaraq ifadə etməsə də, ərəb coğrafiyası bu deyimi tam olaraq əks etdirir. Son 100 ildə yetərli insani, maddi və təbii resurslarına rəğmən Yaxın Şərq sabit və inkişaf etmiş bölgəyə çevrilmədi.

Savaşlar, lokal münaqişələr, terror, hakimiyyət mübarizələri və dini, məzhəbi savaşlar bu bölgədən əksik olmadı. "Ərəb baharı" sonrası isə durum daha da pisləşdi. Hər nə qədər savaşan dövlətlər, münaqişəli ölkələrin adaları, mövqeləri bəlli olsa da, vəziyyət heç də göründüyü kimi deyil. İndi isə sözün həqiqi mənasında bu bölgədə bir "ərəb saçı" vəziyyəti yaranıb. Klassik hind fəlsəfəsində olan "düşmənimin düşməni mənim dostumdur" prinsipi Yaxın Şərqdə ümumiyyətlə işləmir.

Bunu hazırkı münasibətlər sistemi də təsdiq edir. Baxmayaraq ki, son bir neçə ildə bölgədə faktiki müharibə gedir və necə deyərlər düşmənlərin sərhədləri xeyli dərəcədə aydındır.

Əyani nümunələrə baxaq. Məsələn, iki gün əvvəl Londonda Suriyaya dəstək qrupu ölkələrinin toplantısında çıxış edən Misirin xarici işlər naziri Samih Şükri deyib ki, Dəməşqdəki Suriya hökuməti ilə təmasları davam edir. Hətta bu təmaslar vasitəsilə münaqişə bölgəsinə yardımların çatdırılmasını təmin ediblər.

Eyni zamanda deyib ki, Suriya münaqişəsinin həlli üçün yeganə yol danışıqlardan keçir. Misir hökuməti artıq bir müddətdir ki, Suriya ilə kəşfiyyat və təhlükəsizlik sahəsində əməkdaşlığı

davam etdirir. Hər kəsə məlumdur ki, Misirin indiki hökumətinin Yaxın Şərqdə əsas müttəfiqi, belə desək dəstəkçisi Səudiyyə Ərəbistanıdır. Hansı ki, Səudiyyə hökuməti Dəməşqlə danışıqlara və razılaşmaya qarşıdır. Və ya həmin Misir S.Ərəbistanının yaxın müttəfiqi Türkiyə ilə düşmənçilik münasibətlərinə malikdir. Bölgənin digər ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərinin isə Misir, Səudiyyə Ərəbistanı ilə müttəfiq olsa da, Türkiyə ilə soyuq münasibətləri var.

Digər müttəfiqlərinin əksinə olaraq Rusiya ilə isti münasibətlərə malikdir. Amma bu təzad yalnız bölgə ölkələrində deyil, eyni zamanda Yaxın Şərqdə fəaliyyət göstərən böyük dövlətlərdə də var.

Məsələn bu həftə ABŞ prezidentinin İŞİD-ə qarşı mübarizə koalisiyasındakı rəsmi nümayəndəsi Brett McGurk Suriyanın şimalında kürdlərin PYD təşkilatının Kobani və Cezire məntəqələrindəki mərkəzlərinə baş çəkərək komandanlarla görüşüb. Halbuki bir həftə öncə İstanbula gələn ABŞ vitse-prezidenti Cozef Bayden Türkiyəyə tam dəstək vermiş və hətta bu dəstəkdən sonra Vaşinqton PYD-nin rəsmi təmsilçisinin Cenevrə danışıqlarına getməsinə qarşı çıxmışdı.

Amma bu dəstəyin necə deyərlər sədası çəkilməmiş Obamanın rəsmi təmsilçisi Brett McGurk PYD təmsilçilərini yerində ziyarət edərək onlara açıq dəstək verib və Suriyanın kürd bölgələrini idarə etməyin onların təbii haqqı olduğunu vurğulayıb."Suriya gələcəkdə demokratik olacaq və kürdlərin də haqlarına hörmət edəcək. Bu məsələ yeni konstitusiyada yer alacaq", - deyə Obamanın təmsilçisi kürd liderlərə bildirib.

Bu tip misalları regionun başqa ölkələri ilə bağlı qeyd etmək olar. Amma ümumi

mənzərə aydındır. Hər bir ölkə hər münaqişə və ya böhranda öz marağına uyğun qüvvə və ya dövlətlə əməkdaşlıq edir. Bu hardasa anlaşılan olsa da, bölgənin mənzərəsi baxımdan çox mürəkkəb vəziyyət yaradır. Çünki bölgə böyük olmamaqla yanaşı, çoxlu sayda münaqişələrə sahiblik edir, üstəlik dövlətlər və maraq qrupları həddən artıq çoxdur. Bu isə son nəticədə mürəkkəb bir kombinasiyalar xəritəsi yaradır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar