Xəbər xətti

19 FEVRAL

23:46 Ərdoğan Afrikanın 4 ölkəsinə səfər edəcək

23:31 Sabirabad sakinindən narkotik vasitə götürülüb

23:30 “Məhəbbət və Ağ ölüm” tamaşası uğurla nümayiş olunub

23:28 Çin: “ABŞ bunu etsə, sərt cavab verəcəyik”

23:14 Azərbaycandan 200-ə yaxın insan Həccə getmək istəyir

23:02 Nazir Cocuq Mərcanlıda qəbul keçirəcək

22:59 Ukraynalı diplomat Rusiya XİN-ə çağırıldı

22:48 “Kriptovalyutalar hər an sıfıra bərabər ola bilər”

22:35 Bakıda mənzildə qadın meyiti tapıldı

22:24 Sumqayıta 70 yeni avtobus gətirilir

22:18 Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”

22:04 Şəmkirdə hərbi sursat tapılıb

21:56 Türkiyə ordusu YPG müdafiəsini darmadağın etdi

21:48 Avropada ən bahalı gənc futbolçular açıqlandı

21:35 “Sezen Aksunun layiq olduğu yer elə ermənilərin yanıdır”

21:27 Deputatların pensiyaları artırılır

21:11 Banka basqın: 15 min dollar oğurlandı

21:06 Ucarda üç maşın toqquşdu: 2 yaralı

20:57 “Azərbaycan regionun əsas arteriyası rolunu oynayır”

20:44 Azərbaycanın xarici ticarət tərəfdaşları - Siyahı

20:39 560 mindən çox avtomobil geri çağırıldı

20:23 Rusiyada bəzi dərmanlar mağazalarda satılacaq

20:16 “NATO Türkiyəni dəstəkləyəcək”

20:02 Ötən ay əhali 4 milyard manat qazanıb

19:56 Bakıda qadın meyiti tapıldı

19:51 İlin ən yaxşıları bəlli oldu – Siyahı

19:47 “Xocalı 613” klassik musiqi gecəsi keçiriləcək

19:42 95 yeni planet aşkarlandı

19:38 Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrıldı

19:33 Daha bir partiya MSK-ya maliyyə hesabatı verib

19:27 Azərbaycanın İtaliyadakı səfiri Kalibriyaya səfər edəcək

19:23 İranın müdafiə naziri Azərbaycana səfərə gələcək

19:18 Azərbaycan məhsulları “Gulfood 2018” sərgisində

19:14 İrəvanda Rusiyanın bankına silahlı hücum olub

19:10 İlham Əliyevdən iki yeni təyinat

19:06 Müharibə əlillərinə verilən prezident təqaüdü artırıldı

19:01 Xələfov və Atacanov Xəzərin dibinin bölünməsini müzakirə edib

18:56 Nəsimi rayon məktəbliləri Memorial Soyqırım muzeyində

18:52 Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

18:47 Ərdoğan və Putin Afrin məsələsini müzakirə etdilər

18:44 Pxenyan: “ABŞ Cənubi Koreya ilə aramızı vurur”

18:39 İlham Əliyev sərəncam imzaladı

18:35 “Petkim” mənfəətini ikiqat artırıb

18:31 Əli İnsanov məhkəməyə məktub göndərdi

18:28 Baramanın “Science via Media” layihəsinin mükafatlandırma mərasimi baş tutub

18:24 İyulda ilk kommersiya qazı Türkiyəyə çatdırılacaq

18:20 “Samsung” dünyanın ən güclü planşetini buraxacaq

18:16 İlham Əliyev nekroloq imzalayıb

18:11 Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib

18:05 Bakının mərkəzində meyit tapılıb

18:00 Livan prezidentinin Ermənistana səfəri gözlənilir

17:55 Yağışlardan sonra Bakının iki rayonunda subasma aktivləşib

17:49 Azərbaycan Premyer Liqasında 150-ci qol

17:43 Silah gəzdirən Quba sakini Bakıda saxlanıldı

17:40 Mikayl Cabbarovdan ciddi xəbərdarlıq

17:38 “Xristianlıq Avropanın son ümididir” - Baş nazir

17:33 Bakı istiqamətində havaya qalxmış təyyarə qəza enişi etdi

17:28 “Vaqnerin ordusu”nun itkilərİ - Hibrid savaşın qurbanları

17:26 Azərbaycanda maaş alacaq din xadimlərinin sayı açıqlandı

17:20 Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunub

17:16 Sosial şəbəkələrdə terrorçuluğu təbliğ edən 786 nəfər saxlanıldı - Türkiyədə

17:11 Səbail RİH başçısı Eldar Əzizov Bayıl sakinləri ilə görüşüb

17:06 Ramazan Bəkirovun Azərbaycan prezidentliyinə namizədliyi təsdiqlənib

17:01 Smartfonlar Alsheymer yaradır

16:56 “Onların özləri yanıb külə donsün”

16:51 Türkiyədə ABŞ səfirliyinin yerləşdiyi küçənin adı dəyişdirilib

16:46 “Lotu Quli”ni təhqir edən şəxsi maşınında gülləbaran etdilər - Video

16:41 Vergilər Nazirliyindən sahibkarlara ciddi xəbərdarlıq:

16:35 “Böyükağa Hacıyevin səhhətində heç bir dəyişiklik yoxdur”

16:30 Fazil Mustafanın partiyası başqa namizədə dəstək verəcək

16:25 “Görsəniz, dəli olmuşam, bilin ki, vannadandır” - Xalq artisti

16:20 Gömrük Komitəsinin nümayəndə heyəti İspaniyada səfərdə olub

16:08 Suriya ordusu Afrinə daxil olmağa hazırlaşır

16:02 Azərbaycandan 200-ə yaxın insan Həccə getmək istəyir

15:56 Başlıq pulu almaq üçün kişi qiyafəsinə girdi

15:50 “Ailəmlə çox gözəl münasibətim var” - Samir

15:43 İslam Səfərlinin 95 illiyi qeyd edilib

15:36 Kriptovalyuta bazarı dəyişdi – Bitkoin 10 min dolları keçdi

15:31 Aygün Bəylər məhkəməyə gəlmədi

15:27 Çavuşoğlu: “...heç kim bizi dayandıra bilməz”

15:22 Monteneqro prezidenti Azərbaycana səfər edəcək

15:16 Boks üzrə Azərbaycan millisi Belarusda hazırlıq keçəcək

15:11 Ağdaşda DYP əməkdaşları gənc ananı və körpəsini ölümdən xilas ediblər

15:06 Azərbaycanda işsizlərin sayı açıqlandı – Statistika

15:01 Azərbaycanda tektonik zonalarda dəyişikliklər müşahidə olunur

14:56 Bayılda icra başçısı evlərindən çıxarılan ailələrlə görüşür

14:51 “Petkim” mənfəətini ikiqat artırıb

14:46 Eldar Mahmudovun pullarını “yuyan” bankı yoxlamaq üçün amerikalı mütəxəssislər göndərilir

14:41 Deputat pensiyasında dəyişiklik edilir

14:36 MDB –nin seçki müşahidə missiyası Azərbaycana gələcək

14:32 Suriya Dövlət Televiziyası: “Əsəd Afrindəki 52 strateji mövqeyə ordu yeridəcək”

14:27 “Qocafəndi bazlıq”

14:23 “iPhone X”-in qiyməti 600 manatdan çox ucuzlaşdı

14:18 Hökumət martın 16-da Milli Məclisdə hesabat verəcək

13:49 Neftçala Su Nəqliyyat polis idarəsindən şikayət

13:45 Eldar Namazov: “Biz çox təhlükəli dövrə qədəm qoyuruq”

13:34 Türkmənistan Azərbaycanla hökumətlərarası komissiyanın tərkibini təsdiq edib

13:29 Qadını səhvən diri-diri basdırdılar

13:24 İtkin düşən alpinistlərlə bağlı açıqlama

13:19 Tillerson Rusiyaya qarşı yeni sanksiyalar haqda danışıb

13:14 İŞİD-lə əməkdaşlıq edən azərbaycanlı qadınlara ömürlük cəza verildi

13:10 Müavini nazirə qarşı - Azər Bayramov nazirlik yolunda

13:06 Flora Kərimovanın efir qadağası götürüldü

13:01 191 dövlət əmlakı satışa çıxarılacaq

12:57 Türkiyə Ordusu Afrində daha üç kəndi terrorçulardan təmizlədi

12:53 Bakıda 15 evi talamış oğru dəstəsi ələ keçdi

12:48 Sabah hava necə olacaq?

12:44 Ziya Məmmədovun evi yanıb – İsmayıllıda

12:39 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlanıb

12:34 Putinin qırmızı interneti – Moskva informasiya müharibəsində necə “vuruşur?”

12:25 Elmar Vəliyev köçkünləri dinləmir

12:21 Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb

12:17 ABŞ-ın təklifinin pərdəarxası

12:13 Məşhur cütlük Gökçenin üzündən ayrıldı

12:08 İsrailin müdafiə nazirinə sui-qəsddə “erməni izi”nin olduğu istisna edilmir

12:04 Sergey Lavrov: “ABŞ Suriyanı parçalamağa cəhd edir”

11:59 74 yaşlı kişi özünü binadan atdı

11:55 Rafael Ağayev yenə çempion oldu

11:50 Dövlət Komitəsinin sədri dünyasını dəyişdi

11:46 Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək



GÜNDƏM

...

Yavər Camalovun zavodlarında 4 ildə 4 partlayış

Tarix 08.02.18, 10:17

Font ölçüsü : - / +
bitmap-img6

Qəsd, yoxsa səhlənkarlıq - həssas məqamda baş verən hadisə şübhələrə yol açır


Müdafiə Sənayesi Nazirliyinin daha bir zavodunda - Bakının Xətai rayonunda yerləşən “Radioquraşdırma” İstehsalat Birliyində fevralın 6-da yanğınla müşahidə edilən partlayış baş verdi.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “Radioquraşdırma” zavodunda partlayışla nəticələnən yanğınla bağlı yaydığı məlumatda bildirilib ki, hadisə ümumi sahəsi təqribən 250 kvadratmetr olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Partlayışın meydana gəlməsi səbəbi haqda məlumat verilmir.

Bu hadisə ötənlərdə baş verən oxşar olayları da diqqət mərkəzinə gətirib...

Partlayış seriyası MSN-i niyə bürüyüb?  

Partlayış baş verən zavoda müdafiə sənayesi naziri Yavər Camalov, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gediblər. Əraziyə ilkin baxış keçirilib.

“Radiozavod” 1948-ci ildə Yerli Sənaye Nazirliyinin tabeliyində yaradılıb. Zavodun ilk məhsulu “Rekord” və “Qranit” lampalı radioqəbuledicilər olub. 2006-cı ildən zavod Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Qeyd etdiyimiz kimi, bu, MSN-in tabeliyində olan və partlayış baş verən ilk zavod deyil. 2015, 2016-cı illərdə Yavər Camalovun rəhbərlik etdiyi nazirliyin tabeliyindəki daha 2 zavodda yanğınla müşayiət olunan partlayışlar baş vermişdi.

2015-ci il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” zavodunda partlayış baş vermişdi. Hərbi təyinatlı zavodda baş verən, 1 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən güclü partlayışdan sonra tezliklə olayın hansı səbəbdən meydana gəlməsinin açıqlanacağı gözlənilirdi. Şirvan Şəhər Prokurorluğunda başlanan cinayət işi partlayışdan sonra yaranan suallara cavab vermədi.

MSN-in Şirvandakı zavodundakı partlayışdan 1 ay sonra Müdafiə Sənayesi Nazirliyinin Xəzər rayonu ərazisindəki daha bir zavodunda partlayışla müşayiət olunan yanğın baş verib. MSN-in “İqlim” Elmi-İstehsalat Müəssisəsinə daxil olan zavodda avqustun 6-da baş verən yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 20-yə yaxın yanğınsöndürən maşını cəlb olunmuşdu.

Əraziyə müdafiə sənayesi naziri Yavər Camalov, onun müavinləri, fövqəladə hallar nazirinin müavinləri və yüksək çinli şöbə rəisləri də getmişdilər. Zavod hərbi təyinatlı və qapalı olduğundan hadisə yerinə mətbuat nümayəndələri buraxılmamışdı. Yanğın yarımzirzəmi, divarları iç tərəfdən rezin materialla əhatələnən böyük bir tikilidə baş verdiyindən yanğınsöndürənlər içəri daxil ola bilməyiblər. Rezin materialın yanması nəticəsində əmələ gələn qatı duman da alovu ram etmək istəyən yanğınsöndürənlərə ciddi çətinliklər yaradıb. Alov sutka yarımdan sonra söndürülüb. Hərbi təyinatlı zavodda yanğının hansı səbəbdən meydana gəlməsi ictimiyyətdən gizli saxlanıldı. Baş vermiş olay zamanı zavodun işçilərinin  xəsarət alması və ya zəhərlənməsi haqda məlumat verilmədi.

Partlayışlar müdafiə sənayesi nazirini çətin duruma salsa da...

Bir-birinin ardınca, 1 ay fasilə ilə baş verən yanğınla müşayiət olunan partlayışlar müdafiə sənayesi nazirini çətin duruma salsa da,  Y.Camalov nazirliyə tabe olan bütün müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyinə cavabdeh şəxsləri toplayaraq onlara xüsusi tapşırıqlar versə də, cəmi 1 il sakitlik oldu.

“Telemexanika” zavodunda 2015-ci ilin iyulunda baş verən olayın səbəbi gizli qaldığı bir vaxtda miqyasına və ölənlərin sayına görə daha dəhşətli partlayış xəbəri yenə də Şirvandan gəldi. “Telemexanika” zavodundakı partlayışın səsini yaxınlıqdakı yaşayış binalarının sakinləri eşitmişdilərsə, bu zavodun qonşuluğunda yerləşən “Araz” zavodunda 1 il sonra - 2016-cı il iyulun 26-dakı dəhşətli partlayışın səsi 10 kilometr aralıdan eşidilirdi. Partlayış zamanı göydə uçuşan mərmilərdən bəziləri hətta Şirvan şəhərinin mərkəzi prospektinə də gedib düşmüşdü. Bu partlayış ölkənin gündəmini dəyişən olaya çevrilmişdi. “Araz” zavodunda baş verən partlayışla da bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi başlandı, amma nəticə açıqlanmadı...

“Araz” zavodunun sexlərinin birində baş vermiş yanğın və partlayış nəticəsində 1959-cu il təvəllüdlü Raziyyə Süleymanova aldığı yanıq xəsarətlərindən hadisə yerində dünyasını dəyişmişdi, sexdə işləyən digər şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar. Hadisə nəticəsində xəsarət alanlardan 12 nəfər ilk tibbi yardım göstərilməklə evlərinə yola salınmışdılar. 9 nəfər isə stasionar müayinə üçün şəhər mərkəzi xəstəxanasına yerləşdirilmişdi. Maraqlıdır ki, Müdafiə Sənayesi Nazirliyinin olayla bağlı məlumatında zavodun sexlərindən birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olduğu  və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verdiyi qeyd olunurdu.

Ümumiyyətlə isə “Radiozavod”da baş verən partlayışın qəfil prezident seçkilərinin elan olunmasından sonrakı günə təsadüf etməsi şübhələrə də yol açır. Zavoddakı partlayışın qəsdən törədilməsi ilə bağlı iddialar səsləndirənlər də tapılır. Bir maraqlı nüans da odur ki, bu partlayışa qədər, xüsusilə son 15 gündə Bakıda hər gün yanğın və partlayış baş verir. 2018-ci il yanvarın 27-də Bakının mərkəzi küçələrindən birində dəhşətli partlayış meydana gəldi. Partlayışın qaz sızmasından baş verdiyi elan olundu. Sonrakı və əvvəlki günlərdə də oxşar hadisələr baş verib...

MSN-in 4 zavodunda son 4 ildə baş verən yanğınla müşayiət olunan partlayışların hansı səbəbdən meydana gəlməsi sirr olaraq saxlanılır, şəhərin mərkəzində partlayışın səbəbi də elə o formada... Diqqəti cəlb edən daha bir məqam: Dilarə Əliyeva küçəsində yerləşən və partlayış baş verən bina tariximizə qanla yazılan, 2009-cu il aprelin 30-da baş verən dəhşətli bir faciəyə şahidlik etmiş Azərbaycan Dövlət Neft Akademiyasının bir addımlığındadır. Həmin gün Fərda Qədirov əlinə silah alıb ADNA-ya daxil olub qarşısına keçən hər kəsə atəş açmışdı. Qanlı olay zamanı 12 nəfər dünyasını dəyişib, 13 nəfər isə yaralanmışdı.  Bu olaydan əvvəl isə Bakıda, Xətai rayonu ərazisində bir neçə binanın, uşaq bağçasını qidalandıran transformator məntəqəsində qısaqapanma törədilmişdi. Hadisə yerinə gələn  “Azərenerji”nin təmir briqadası transformator məntəqəsinə daxil olmaq istədikdə qapıya quraşdırılmış partlayıcı vasitə partlamışdı. Nəticədə “Azərenerji”nin 2 əməkdaşı hadisə yerində ölmüşdü, bir neçəsi isə yaralanmışdı. O dövrdə bu məsələyə dair geniş açıqlama da verilmədi. ADNA-dakı qanlı hadisə də terror kimi təsbit olunmasa da, bunun miqyasını kiçiltmək mümkün olmadı...

Bu kimi olaylar adətən siyasi həssas məqamlarda baş verdiyindən və prezident seçkisi elan ediləndən bir gün sonra bu partlayışın baş verməsi müvafiq qurumların və vətəndaşların son dərəcə ayıq-sayıq olmasını zəruri edir.(müsavat.com)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

İlham Əliyev nekroloq imzalayıb

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

“Azərsun” kredit borcuna görə “Makromart”ın mağazalarını girov götürüb

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru