Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yasamal icra hakimiyyəti təkzib edir



Yasamal rayon icra hakimiyyəti “İcra başçısının obyekti 100 min adamın istiliyini kəsdi” adlı məqalə ilə bağlı PİA. AZ saytının elektron poçtuna təkzib məktubu yollayıb


Qeyd edək ki,  adı keçən yazı 24.11.20914-cü il tarixində virtualaz.org saytına istinadən PİA. AZ-da yayımlanıb. 

Heç bir dəyişiklik etmədən Yasamal rayon icara hakimiyyətinin təkzib məktubunu oxucularımızın diqqətinə cəlb edirik:

"Hörmətli Redaksiya!

24.11.20914-cü il tarixdə saytınızda yerləşdirdiyiniz  “İcra başçısının obyekti 100 min adamın istiliyini kəsdi” sərlövhəli məqalədə bildirilir ki, Yasamal rayonu sakinləri “Şahdağ” restoranının yaxınlığındakı iki beşmərtəbəli binanın arasından keçən boru xəttinin zədələndiyindən şikayətlənərək, yaxınlıqdakı inşa edilən obyektin Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyevə məxsus olduğunu qeyd ediblər.

Nəzərinizə çatdırırıq ki,  sözügedən ərazidə, Əsəd Əhmədov (Talıblı) küçəsi 42 və 40 saylı binaların yaxınlığındakı 250 m2 torpaq sahəsi və yeni inşa edilən  Ticarət və İşgüzar Mərkəzi sahibkar  Səfərov Vüqar Məcid oğluna məxsusdur. Binanın tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış, digər müvafiq rəy və razılaşdırma alınmışdır.

Qeyd edilən obyektin Yasamal Rayon İcra Hakimiyyəti Başçısı İbrahim Mehdiyevə məxsus olduğu həqiqətə uyğun deyil".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar