Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yasa batmış universitet - Fotolar


Yol terrorunun qurbanı olmuş tələbələrin təhsil aldığı Sumqayıt Dövlət Universitetində hamı hüzn içindədir...


Tələbə dostları: “Nə danışaq axı...

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza bütün ölkəni sarsıtdı. “Ford-tranzit” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində baş verən qəzada 5 tələbə həlak oldu, 21 nəfər yaralandı. Bu günə qədər dəfələrlə bu cür faciəli qəzaların şahidi olmuşuq. Lakin bu qəzanın ən sarsıdıcı məqamı faciə qurbanlarının hamısının tələbələr olması idi. Onlar Sumqayıt Dövlət Universitetində (SDU) təhsil alan 21 yaşlı gənclər Çinarə Quliyeva, İbrahim Nəsibov, İbrahim Quliyev, 20 yaşlı Roza Muradova və Rəşad Canıyevdir. Həyatlarının ən gözəl çağlarını, tələbəlik illərini yaşayan gənclər səhər evdən dərs üçün yola çıxdılar, az sonra cəsədləri ilə evə geri döndülər...

Sumqayıt Dövlət Universitetinə daxil olar-olmaz yaşanan hüznün şahidi olduq. Hər tələbənin, müəllimin üzündə, baxışlarında qəm-qüssə, kədər, faciənin təəssüratları... Buna baxmayaraq tələbə və pedaqoqlar dərsin başlanmasına az qaldığı üçün auditoriyaya tələsirdilər. Universitetin foyesində universitet rəhbərliyi tərəfindən həlak olan tələbələrin fotoları qoyulub, qarşısına qərənfillər düzülüb. Auditoriyaya tələsən tələbələr bir anlıq fotoların qarşısında ayaq saxlayıb, onları anırmış kimi bir-neçə dəqiqəlik sükuta dalırdılar. Hər ayaq saxlayan tələbədən onların kurs yoldaşı olub-olmadığını soruşuruq, onlar isə başları ilə “yox” cavabını verirdilər. Qeyd edək ki, eyni qrup yoldaşları və adaş olan İbrahim Nəsibov və İbrahim Quliyev fizika və elektroenergetika fakültəsinin, Çinarə Quliyeva, Roza Muradova və Rəşad Canızadə tarix və coğrafiya fakültəsinin 3-cü kurs tələbələri olub.

İkinci mərtəbəyə qalxıb Tarix və Coğrafiya fakültəsinin tələbələri ilə görüşə bildik. Hiss etdik ki, qəfildən 3 tələbə yoldaşını faciəli şəkildə itirən gənclər onlarsız auditoriyaya girməkdə çətinlik çəkirlər. Tələbə qızların dayanmadan göz yaşlarına hakim ola bilmədiyini görüb oğlan tələbələrə yaxınlaşırıq.

Qəhərdən özünü güclə saxlayan Orxan Sadaylının dedikləri: “Nə danışaq axı... dünəndən bütün universitet yas içindədir... Rəşad, Çinarə, Roza bizim qrup yoldaşımız idi. 3 il idi ki, bir yerdə idik, onlar bizim doğmamız, əzizimiz idi. Qəzada həlak olan uşaqların demək olar ki, hamısı rayonludur, deyəsən bir nəfər Bakıdan idi. Rəşad Lənkərandan, Roza Cəlilabaddan, Çinarə isə Füzulidən idi... Müəllim-tələbə hərəmiz bir yasa getməyə çalışırıq. Bu gün və sabah da hüzr yerlərinə gedəcəyik. Sabah hamımız Füzulidə Çinarənin yas mərasimində olacağıq... Universitetə, dərsə gəlmişik, amma burda qala bilmirik ki. Hüzr yerlərinə getməyə tələsirik...”

Orxanın sözlərinə görə, Roza Muradova nişanlı imiş, yaxın vaxtlarda toya hazırlaşırmış. Qəzadan sonra onu barmağındakı üzükdən tanımaq mümkün olub: “Qrupumuzun və ümumilikdə universitetin əksər tələbələri Bakıdan gəlir. Həmin gün bizlərdən bəziləri qəza törədən mikroavtobusun arxasınca gələn avtobusda idik... Xəstəxanada onları ilk tanıyan mən oldum. İçəri görən kimi Çinarəni, İbrahimi tanıdım. Roza isə tanınmaz hala düşmüşdü, onu nişan üzüyündən tanıya bildik. Orda bir oğlan da var idi, onu tanıya bilmədim. Sonradan məlum oldu ki, Rəşaddır...”

Qeyd edək ki, yayılan rəsmi məlumatlarda bildirilirdi ki, Rəşad Canıyev qəza nəticəsində ağır kəllə-beyin travması aldığından xəstəxanaya yerləşdirilib. Lakin tələbə xəstəxanada dünyasını dəyişib. Tələbə yoldaşlarının sözlərinə görə, Rəşadın atası ötən il rəhmətə gedib. Hazırda anası və bacısı tək qalıb.

Eyni qrup yoldaşları olan İbrahim Nəsibov və İbrahim Quliyev isə hadisə yerindəcə həlak olublar. Həmin tələbələrin qrup yoldaşları ilə görüşmək fürsətimiz olmasa da, onları tanıyan bir neçə tələbə ilə söhbətləşdik. Deyilənə görə, öz zarafatcıl xüsusiyyətinə görə çoxlarının sevimlisinə çevrilən İbrahim Nəsibov qaydasız döyüşlə məşğul olurmuş. Ötən gün Cəlilabadda son mənzilə yola salınan gəncin bibisi isə yeniçağ.az saytına açıqlamasında bildirib ki, onun ölüm xəbərini atasına telefonundan götürülən nömrə vasitəsi ilə çatdırıblar:

“İbrahim qəzada öləndə telefonu yerə düşübmüş. Onun telefonundan atasını yığıb deyiblər ki, balanın vəziyyəti ağırdır, tez gəl. Atası şok keçirdib. İndi biz onu maşınla rayona dəfn etməyə aparırıq. Bu elə bir dəhşətdir ki, bu bəlanı ömür boyu unutmarıq... İbrahim elə oğul idi ki, onunla bütün rayon fəxr edirdi. Hündür, yaraşıqlı, ağıllı oğlan idi. Universitetdə hamı onun ağlından-kamalından danışırdı. Dünən bizə gəldi, çimdi, dedi-güldü, zarafatlaşdı. Dedi ki, bibi, martın 14-nü, axır çərşənbəni sizinlə keçirəcəm, bayramı isə atamın yanında, rayonda olacam. Mən daha onun yolunu gözləməyəcəm. Qardaşımın balası bizi həmişəlik tərk etdi”.

Tələbləri sevindirən yeganə xəbər isə qəzada yaralanan Aytən Quluzadə adlı tələbənin hazırda vəziyyətinin yaxşı olması idi. Ötən gün həmin tələbənin vəziyyətinin yaxşı olmadığı bildirilirdi, hətta sosial şəbəkələrdə adı həlak olan tələblərin siyahısında çəkilirdi.

Tələbələrlə sağollaşıb ayrılırdıq ki, zəngi çalındı. Zəngin melodiyası isə məşhur “Tələbə” mahnısı idi. “Sızlar yada düşəndə, Ürəyimin telləri... ” Dünyasını dəyişən yoldaşlarının xatirələri ilə bağlı sızıltı isə uzun illər bu tələbələrin yaddaşından silinməyəcək.

Beləcə, universitetdən ayrılıb paytaxt Bakıya yollandıq. Kiçik mikroavtobusa əyləşib, son dayanacaq kimi metronun “20 Yanvar” stansiyasının yaxınlığına çatdıq. Hansı ki, Bakı-Sumqayıt istiqaməti üzrə marşrutların əksəriyyəti bu ərazidə fəaliyyət göstərir. Qeyd edək ki, hadisə eyni zamanda bir məsələni yenidən gündəmə gətirmiş oldu, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin yaydığı məlumata görə, həmin mikroavtobus Bakı-Sumqayıt istiqamətində qeyri-qanuni olaraq fəaliyyətdə olub. Maraqlıdır, bəs niyə aidiyyəti qurumlar bu günə qədər bu barədə ciddi tədbir görməyib? “Qəzadan sonra ”20 Yanvar" stansiyasının yaxınlığında avtobus və mikroavtobusların fəaliyyətinə qadağa qoyulub" deyilsə də şahidi olduq ki, sürücülər yarıgizli, yarıaşkar yenə də fəaliyyətdədirlər.(musavat.com)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar