Almaniyanın paytaxtı Berlində əsas qatar stansiyasının yaxınlığında II Dünya müharibəsindən qalma yarım tonluq bombanın tapılması səbəbindən bu gün böyük təxliyə olacaq
Hurriyyet.com.tr-nin xəbərinə görə, şəhərin mərkəzində binalar, nazirlik binaları, səfirliklər, xəstəxanalar, gizli xidmət binaları və muzeylər boşaldılacaq.
Bombanın təhlükəsiz partladıla bilməsi üçün bu gün səhər saat 9-dan binalar boşaldılır.
İngilis istehsalı olan bomba gün ərzində zərərsizləşdiriəcək.(Lent.az)
pia.az