Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaralı əsgərlərimiz vətənə qayıdır


Türkiyə prezidentinin Azərbaycan səfəri ərəfəsində Türkiyədə müalicə alan və hökumətin yaxından nəzarətdə saxladığı Azərbaycan əsgərlərindən məlumat var


Göründüyü kimi qardaş ölkədə əgsərlərimizə çox yaxşı baxıblar.

Ötən ilin oktyabrında Lənkərandan hərbi xidmətə çağrılan Sərxan Tahirzadə avqustun 2-də erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb. Sərxan avqustun 9-da müalicə üçün Türkiyəyə aparılan 3 əsgərdən biridir.

Ağır bir durumda Türkiyəyə aparılan Sərxan hər iki ayağını itirsə belə həkimlərinə güvənərək həyata optimist yanaşır. Sərxanla birgə yola salınan digər yaralı əsgər Elvin Əsgərov da Atatürk Eyitim və Araşdırma xəstəxanasında VİP palatalarda müalicəsini davam etdirir.

“Bura gələndə vəziyyətim çox pis idi. İndi şükürlər olsun ki, yaxşılığa doğru gedir”, - deyə yaralı əsgər Elvin Əsgərov qeyd edib.

Doğrudur, Azərbaycan hökuməti istər şəhidlər, istərsə də yaralı əsgərlərimizlə bağlı ən yüksək səviyyədə müvafiq addımlar atıb. Lakin Türkiyənin əsgərlərin sağalmasında yaxından rol almaq istəyi, iki qardaş xalqın və dövlətin hər zaman bir-birlərinin yanında olduğunu bir daha dünyaya nümayiş etdirdi. Yaralıları xəstəxanada Türkiyə hakimiyyətinin aparıcı simaları, parlamentin sədri Cəmil Çiçək və indiki baş nazir Əhməd Davudoğlu, eləcə də ölkə siyasətinin digər tanınmış şəxslərinin ziyarət etməsi də bunun göstəricisi idi.

Bunun ardınca Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə Nazirlərinin görüşü də qardaş ölkənin çətin məqamlarda Azərbaycanın yanında olduğunu bir daha təsdiqləyir. Əldə olunmuş razılığa əsasən yaxın vaxtlarda baş tutacaq quru qoşunların, hərbi dəniz və hərbi hava qüvvələrinin birgə təlimlər, eləcə də kadrların hazırlanmasında qarşılıqlı əməkdaşlıq iki ölkə arasında sıx münasibətlərin olduğuna bariz nümunədir.

Azərbaycan da həmişə Türkiyənin maraqlarını qoruyub. Məsələn, bir müddən öncə Praqada dövlət başçılarının iştirakı ilə keçirilən “Şərq tərəfdaşlığı” proqramının sammitində Azərbaycan prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəni ittiham etməsinə sərt reaksiya verərək "Türkiyə burda yoxdur, mən varam” deyib, onu susdurmuşdu.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar