Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaqub Eyyubovdan - “Heç kim Rusiyanı sındıra bilməz!


Baş nazirin müavinindən Qərbə Rusiya xəbərdarlığı


"Rusiya elə ölkə deyil ki, onunla sanksiya dilində danışmaq mümkün olsun”.

Bu bəyanatla Rusiya prezidenti Vladimir Putin və ya digər Kreml rəhbərləri deyil, Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov çıxış edib.

Virtualaz.org saytı xəbər verir ki, Y.Eyyubov Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən iclasında çıxışı zamanı Qərbin Rusiyaya qarşı sanksiyalarının mənasız olduğunu deyib.

Rusiyanın NTV telekanalının xəbərinə görə, Azərbaycan baş nazirinin müavini əmin olduğunu bildirib ki, yeni sanksiyalar Rusiyanı sındıra bilməyəcək, əksinə, onu möhkəmləndirəcək.

“Biz Avropa İttifaqı, ABŞRusiya arasında yaranmış situasiyanı başa düşürük. Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, əksinə, sanksiyalar onu daha da möhkəmləndirəcək” - deyə Eyyubov bildirib.


Xatırladaq ki, hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün Rusiya baş nazirinin müavini Dmitri Roqozin də Bakıya səfər edib. Bu iclas haqda informasiyaları Roqozini müşayiət edən rusiyalı jurnalistlər daha operativ yayır.

Qeyd edək ki, ötən həftə Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyaları elan edib. Bu səfər sanksiyaların hədəfi iri neft şirkətləri, hərbi sənaye müəssisələri və ayrı-ayrı rəsmilərdir. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar