Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiyalı fiqurlu konkisürən ikiqat olimpiya çempionu oldu

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha 3 medal dəsti sahibini tapıb


PİA.AZ report-a istinadən xəbər verir ki, fiqurlu konkisürmə növündə kişilərin sərbəst proqram üzrə yarışında yaponiyalı Yudzuru Hanyu 317,85 xalla ikiqat olimpiya çempionu olub. O həm də hazırkı olimpiadada Yaponiyaya ilk qızıl medalı qazandırıb. Hanyu 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında da qızıl medal qazanmışdı.

Yaponiyalı Soma Uno 306,90 xalla gümüş, ispaniyalı Xavyer Fernandes 305,24 xalla bürünc medal əldə edib.

РЕКЛАМА

silvanols.az
Подробно
Native Video by Adributor

Qadınların sloupstayl hərəkətlərində isveçrəli fristayl ustası Sara Hefflin 91,20 xalla olimpiya çempionu olub. Daha bir isveçrəli Matilda Qremo 88 xalla gümüş, böyük britaniyalı İzabel Atkin isə 84,60 xalla bürünc medala yiyələnib.

Çexiyalı dağ xizəkçisi Ester Ledetska isə supernəhəng slalom üzrə olimpiya çempionu ünvanına sahib çıxıb. O, 1 dəqiqə 21,11 saniyə nəticə göstərib. Ondan 0,01 saniyə geri qalan avstriyalı Anna Fayt gümüş, liderə 0,11 saniyə uduzan lixtenşteynli Tina Vayrater bürünc medal qazanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar