Yaponiyada əhalinin ümumi sayı doqquz ildir ki, azalmaqda davam edir, paytaxt Tokioda isə sakinlərin sayı artır
PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, cari il yanvarın 1-nə olan son məlumata görə, Yaponiyada əhalinin ümumi sayı 125,2 milyon nəfər təşkil edib. Bu rəqəm 2009-cu ildə qeydə alınan maksimum artımdan sonra enməkdə davam edir. Ötən illə müqayisədə ölkə əhalisinin sayı 374 min nəfər azalıb ki, bu da 1968-ci ildə başlanan siyahıya almadan sonra ən böyük rəqəmdir. Artıq 4 ildir ki, həmin azalma maksimum sayda davam edir.
Ötən il doğuşların sayı da 1979-cu ildən bəri ən aşağı səviyyədə - 948 min nəfər qeydə alınıb.
Yaponiyanın 47 prefekturasından yalnız 6-da - Tokio, Saytama, Kanaqava, Çiba, paytaxt Kanto regionu, Okinava və Aiçidə artım qeydə alınıb.
Tokio əhalisinin sayı 70 min nəfər artaraq 13 milyonu ötüb və bu artım artıq 22 ildir ki, fasiləsiz şəkildə davam edir.
Son altı ildə fasiləsiz olaraq Hokkaydo əhalisinin sayı azalmaqda davam edib və ötən il bu rəqəm 348 min nəfərə bərabər olub.
Rezident kartına malik olan əcnəbilərin sayı isə 2,49 milyon nəfər təşkil edib ki, bu da son 5 ildə DİN tərəfindən qeydə alınan ən yüksək göstəricidir.
pia.az