Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya və Cənubi Koreya liderləri razılığa gəliblər

Yaponiyanın Baş naziri Şinzo Abe və Cənubi Koreyanın Prezidenti Mun Ce-in nüvə proqramının dayandırılması istiqamətində konkret addımlar atılmayanadək Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı təzyiqləri davam etdirmək barədə razılığa gəliblər


Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın Yaponiya bürosuna verilən məlumata görə, iki ölkənin liderləri bu barədə aprelin 24-də baş tutan telefon danışığı zamanı razılıq əldə ediblər. Telefon danışığı aprelin 27-nə planlaşdırılan koreyalararası görüş ərəfəsində keçirilib.

Bu ərəfədə Ş.Abe KXDR-in nüvə sınaqlarını dayandıracağı barədə bəyanatını alqışladığını, lakin bu ölkənin həmin istiqamətdə konkret addımlar atmasının vacibliyini bildirib.

Telefon danışığı zamanı Baş nazir Cənubi Koreya Prezidentinə ötən həftə Vaşinqtona səfəri və Prezident D.Trampla aprdığı danışıqlar barədə məlumat verib. Ş.Abe bildirib ki, Yaponiya KXDR-də baş verən sürətli dəyişikliklər fonunda Cənubi Koreya və ABŞ ilə sıx əməkdaşlığı davam etdirəcək.

Ş.Abe Mun Ce-indən KXDR lideri Kim Çen In ilə görüş zamanı oğurlanmış yapon vətəndaşları məsələsini qaldırmağı da xahiş edib. Hər iki ölkənin liderləri bu məsələnin həlli üçün birlikdə fəaliyyət göstərəcəklərini bir daha təsdiq ediblər(azərtac).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar