Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya baş naziri Azərbaycan prezidentini təbrik etdi


Yaponiya baş naziri Şinzo Abe İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib


Təbrikdə deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Yaponiya hökuməti, eləcə də Yaponiya xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan, Qafqaz regionunun sabit inkişaf açarının sahibi olmaqla, beynəlxalq enerji təhlükəsizliyi üçün böyük rola malik ölkədir və Yaponiya üçün vacib tərəfdaşdır. Yaponiya ilə Azərbaycan bu günə qədər beynəlxalq arenada sıx əməkdaşlıq edərək, ölkələrimiz üçün əlverişli münasibətlərin qurulmasına nail olub.

Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd edilib, hökumətlərarası dialoq başda olmaqla, yüksək səviyyəli səfərlər, parlamentlərarası və regionlarda yerli özünüidarə orqanları arasındakı mübadilələr, iqtisadi sahədəki əməkdaşlıq əlaqələri yüksək zirvəyə çatıb. Fürsətdən istifadə edib, bu ilin mart ayında Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçinin Azərbaycana səfəri zamanı Zati-aliniz tərəfindən qəbul olunduğuna görə təşəkkürümü bildirirəm. Ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da genişlənib inkişaf etməsi üçün böyük potensiala malik olduğuna əminəm. Zati-alinizlə əməkdaşlığı davam etdirərək ölkələrimiz arasındakı bu xoş münasibətləri daha da dərinləşdirmək niyyətindəyəm. Zati-alinizə möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar