Şənbə, 19 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Yankauskas: “Bakı ilə saziş demək olar ki, razılaşdırılıb”


“Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında aviasiya üzrə saziş, demək olar ki, artıq razılaşdırılıb”


Bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib.

Səfirin sözlərinə görə, sazişlə bağlı sadəcə son nöqtəni qoymaq lazımdır: " Düşünürəm ki, yanvar- fevral aylarında bu mümkün olacaq".

Kestutis Yankauskas həmçinin qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqlar dinamik aparılır.

Səfir deyib ki, sazişin bu il imzalanması üçün səy göstəriləcək: "Çalışacayıq ki, vaxt itirməyək. Sazişin imzalanması ilə bağlı böyük bir problem yoxdur. Sazişin bu il ərzində imzalanacağına ümid edirəm". (apa)

pia.az
Etiket:
loading...