Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanğından sonra Narkoloji Mərkəzin yeni binası istifadəyə verilib –Sabunçuda


Dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yeni inşa edilmiş Respublika Narkoloji Mərkəzi iyunun 14-də istifadəyə verilib


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 300 çarpayılıq dördkorpuslu müəssisə Bakının Sabunçu rayonunda yerləşir.

Respublika Narkoloji Mərkəzinin tikintisinə 2012-ci ildə başlanılıb və bu ilin iyununda başa çatdırılıb. 1,9 hektar ərazidə inşa olunan Mərkəz ən yüksək standartlara cavab verən tibbi avadanlıq və lazımi dərman preparatları ilə tam təmin və təchiz edilib.

İxtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərəcək Respublika Narkoloji Mərkəzi müalicə-profilaktika müəssisəsi olmaqla yanaşı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə ölkə ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirən müəssisədir.

Mərkəzdə xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir və 18 yaşından yuxarı ehtiyacı olan hər bir şəxs yüksək səviyyədə müalicə ala biləcək.

Binanın birinci korpusunda konsultativ poliklinika, stomatologiya, kardiologiya, şüa-diaqnostika, qəbul şöbəsi, inzibati şöbə, əvəzedici müalicə şöbəsi, rentgen, EEG və sair həyati əhəmiyyətli şöbələr qabaqcıl texnologiya və avadanlıqlarla təmin olunaraq fəaliyyət göstərəcək.

Yeni binada bir sıra tədbirlərin təşkili üçün 100 yerlik akt zalı, geniş və işıqlı mətbəx, dizel generator stansiyası, istirahət guşəsi, mərkəzləşdirilmiş qazanxana da müalicə işinin effektiv olmasına daha da əlverişli şərait yaradacaq.

Mərkəzin ikinci korpusunda reabilitasiya, intensiv terapiya və qadın stasionar şöbəsi fəaliyyət göstərir. Ümumilikdə müəssisədə dördü kişi, biri qadınlar üçün nəzərdə tutulan ümumi beş stasionar şöbə mövcuddur.

Xəstələrə psixoloji yardımın həyata keçirilməsi məqsədilə psixoterapiya kabineti də yaradılıb. Burada müalicənin effektivliyinin artırılması üçün müalicə alan şəxslərlə psixoloq və həkim-psixoterapevt tərəfindən fərdi və qrup şəklində söhbətlər aparılacaq.

Respublika Narkoloji Mərkəzi narkoloji xidmət sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində müvafiq işlər görür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar