Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yalqızlığı seçərək, tənhalıqda dünyasını dəyişən aktrisa...

Firəngiz Mütəllimova: “Deyirdi ki, mən belə istəyirəm, məni narahat etməyin”


Rafael Dadaşov: “Onun ölümü teatr üçün faciədir... “

Məleykə Əsədova: “Son vaxtlar telefonlara cavab vermirdi, evinə gedəndə də qapını açmırdı”

Məlum olduğu kimi fevralın 8-də Azərbaycanın sevimli teatr və kino aktrisası, xalq artisti Zərnigar Atakişiyevanın yaşadığı evində vəfat etdiyi məlum oldu. Sonradan ekspertizanın nəticələrindən məlum oldu ki, 72 yaşlı aktrisa əslində fevralın 8-də deyil, azı 2-3 gün öncə dünyasını dəyişib. Onun ürək tutmasından keçindiyi bildirilir. Qeyd edək ki, aktrisa ailə həyatı qurmayıb və ömrünün sonuna qədər tənha yaşayıb.

Məşhur aktrisa tamaşaçılara daha çox “Təhminə” filmindəki Zivər, “Kökdən düşmüş piano” kino-tamaşasındakı ana, “Qara Volqa” filimdəki Solomonovna, “Ölsəm... bağışla” filmindəki Yusifin anası obazından, müxtəlif məşhur teatr tamaşalarından tanışdır. 1973-cü ildə Akademik Milli Dram Teatrına gələn aktrisa təxminən 1992-ci ildə səhnədən uzaqlaşıb. Səbəb isə son illərdə aktrisaya səhnədə cəmi 2 rol verilməsi olub. Lakin 7 ildən sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin dəvəti ilə yenidən teatra qayıdıb. Bundan sonra 2000-ci ildə isə Xalq artisti fəxri adına, 2014 ci ildə “Şöhrət ordeni”nə, Cəfər Cabbarlı mükafatına layiq görülüb. Aktrisa prezident təqaüdçüsü idi.

Xalq artisti ilə dəfələrlə tərəf müqabili olmuş Firəngiz Mütəllimova həmkarının ölümü ilə bağlı öz təəssüratlarını “Yeni Müsavat”a bölüşüb: “Zərnigar xanım son zamanlarda zənglərə cavab vermir, heç kəsə qapı açmırdı. Təkcə bizə deyil, öz  qohumlarına da bu cür davranırdı. Yəni, özünə qapanmmışdı. Səbəbini bilmirdik. Bəlkə də xəstəliyi ilə bağlı idi. Amma bilirəm ki, şəkər xəstəliyindən, ürək ağrılarından əziyyət çəkirdi. Hər kəs onun ölümündən şoka düşdü... Biz ondan çox nigaran idik. Hər tamaşaya gedəndə bir-birimizdən soruşurduq ki, bunun axırı necə olacaq, məşqlərə gəlmirdi, zənglərimizə cavab vermirdi. Bir sözlə hamı narahat idi. O isə cavabında deyirdi ki, “mən belə istəyirəm, məni narahat etməyin”.

Uzun illər onunla tərəf müqabili olmuşam, xüsusən də “Təhminə və Zaur” tamaşasında. Həmin tamaşada Zaurun anası obrazında çıxış edirdi. Çox gözəl aktrisa idi. Əvvəllər mən onu deyib-gülən insan kimi tanıyırdım. Qastrollarda dəfələrlə bir yerdə olurduq. Əgər hamı bir neçə çemodanla gedəndə Zərnigar xanım bir kiçik zənbillini götürürdü. Deyirdi ki, “özümə niyə yük edim?”. Çox qəribə, özünə məxsus xarakteri  var idi. Yəni, mən bu insandan özümüzə qarşı pis bir  rəftar görməmişdim, əksinə, hər kəsə dəstək olurdu. Daim onu  yerin bilən, edilən hörmətə iki qat cavab verən, yaxşı insan kimi xatırlayıram.

Ümumiyyətlə, bu peşənin insanları həmişə həssas olur. Bir zamanlar teatrdan küsəndə, nazir müavini Ədalət Vəliyev onu yenidən teatra qaytardı. Dedi ki, “Zərnigar xanım, siz lazımsız, qayıdın”. Xatırlayıram ki, onu təmtəraqlı teatra qaytardılar, 2014-cü ildə “Şöhrət ordeni”nə layiq gördülər. Həmçinin prezident təqaüdü alırdı, prezidentin verdiyi evdə yaşayırdı, ən gözəl rolları oynayırdı. Yəni o, diqqətdən kənarda qalan aktrisa olmayıb. İstər teatrın kollektivi, istərsə də rəhbərlik tərəfindən həmişə hörmətlə qarşılanıb. Onun nədən küsə biləcəyindən xəbərsizəm. Bəlkə də xəstəlikləri ilə barışmayıb...“

Mərhum aktrisa ilə dəfələrlə tərəf müqabili olmuş xalq artisti Rəfael Dadaşov da öz təəssüratlarını bölüşüb: “Zərnigar xanım səhhəti ilə əlaqədar olaraq teatrdan uzaqlaşmışdı. Bu da hamımızı məyus etmişdi. Onun ölümü teatrımız üçün faciədir. Onunla tərəf müqabili olmaq mənim üçün şərəf idi. Mən teatra gələndə Zərnigar xanım artıq teatrda çalışırdı. Əlbəttə onun təkidi ilə mən “Mehmanxana sahibəsi” tamaşasında Sinyor Kavaler rolunu oynadım. Doğrusu, mən roldan imtina edirdim. Lakin Zərnigar xanımın inadı ilə mən o tamaşada oynadım. Buna görə mən Zərnigar xanıma ömür boyu minnətdaram. Çünki tamaşa məni olduqca populyar etdi. Zərnigar xanımla bir çox tamaşalarda tərəf müqabili olmuşuq. Deyim ki, bu aktrisa həm özünə qarşı, həm də tərəf müqabillərinə qarşı tələbkar olub. O, öz rolunu elə-belə oynamayıb. Bu da onun özünün professionallığından irəli gəlib.

Mən çox məyusam son zamanlar onunla bir səhnədə ola bilmədik... Biz aktyorlar axı səhnədə oynamaqdan başqa həm də qidalanırıq. Tərəf müqabilmizə baxır, ondan öyrənir, yeri gələndə tətbiq edir, oynamaq üsulu qazanırıq. Ona görə də açığı deyim ki, Zərnigar xanımın teatrdan getməsi bizim üçün, həm də özü üçün pis idi. Hamımız çox pərişanıq... Elə aktyor, aktrisalar var ki, sadəcə teatr aləminə gəlib-gedir. Amma Zərnigar xanımın izi, rolları həmişə yaşayacaq, qəlblərdə yeri olacaq. Allah ona rəhmət eləsin... Onsuz da biz itirə-itirə gedirik. Bunu qəbul etməliyik...“

Xalq artisti Məleykə Əsədova isə sosial şəbəkədə mərhum həmkarı, sevimli rəfiqəsi haqqında deyib: “Bu sözləri göz yaşı ilə yazıram, çünki sənətdə onunla bir səhnədə, bir çox tamaşalarda tərəf müqabili olmuşam. Bununla belə, illərlə bir qrim otağında yoldaşlıq etmişik. Ən əsas da həyatda ana-bala münasibətlərində olmuşuq... Axır vaxtlar telefonlara cavab vermirdi, evində gedəndə də qapını açmırdı. Telefonda sonuncu danışığımızda dedi ki, “tək qalmaq istəyirəm”. Gedib şəhəri gəzir, gəlib televizora baxırdı. Belə rahat hiss edirdi özünü. Dəfələrlə danışığımız olub, demişəm ki, “Zara, sən tək özünə deyil, Azərbaycan səhnəsinə də lazımsan. Tamaşaçılar səni görmək istəyir”. Zərnigar xanım, mənim çox gözəl ürək dostum, anam, bacım, xalqımın aktrisası, səhnə və mən sizin üçün çox darıxacağıq. Qəlbimdə danışdığımız, güldüyümüz, ağladığımız, kədərləndiyimiz günlər həmişə qalacaq. Siz unudulmayacaqsınız. Sənətkarın nə yaşı, nə ömrü olur. Sənətkar həmişəyaşardır. Allah rəhmət eləsin, ruhun şad olsun”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar