Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yağış Xaçmazın və Qubanın gilas bağlarına ciddi ziyan vurub –Foto


Şimal bölgəsinə iyun ayı ərzində yağan güclü yağış nəticəsində Xaçmaz və Qubanın gilas bağlarına ciddi ziyan dəyib


Ölkəmizdən xaricə ixrac olunan əsas kənd təsərrüfatı məhsullarından sayılan meyvənin bir hissəsi yağışın təsirindən ağaclarda xarab olub.

Xaçmaz rayonunun Müzəffəroba kəndindən olan təsərrüfatçı İlham Kərimov bildirir ki, ardıcıl yağan güclü yağış həm yığımı gecikdirib, həm də məhsulun xarab olması ilə nəticələnib. Bağ sahibinin sözlərinə görə, ağacdakı məhsulun 40-50 faizi zay olub. Yağıntının təsirindən çatlayan meyvədə artıq çürümə prosesi getdiyindən həmin məhsulu emal müəssisələrinə də təhvil vermək mümkün deyil. Hazırda gilas yığımının qızğın çağıdır. Xaçmaz rayonunda gilasın “Krım”, “Napoleon” və “Romanovka” sortları yığılır. Məhsul topdansatış qiymətinə birbaşa bağda satılır. Qiymətlər gilasın növünə və keyfiyyətinə görə dəyişir. Ən ucuz gilasın bir kiloqramı alıcılara 1.20 qəpiyə, seçilmiş məhsul isə 3-4 manata təklif olunur.

Şimal bölgəsində yetişdirilən gilas yerli bazarlara çıxarılmaqla yanaşı, qonşu Rusiya Federasiyasının satış mərkəzlərinə də göndərilir. Son illər Xaçmaz və Qubanın bir sıra kəndlərində gilas bağlarının sahəsi xeyli artıb və bu meyvənin satışından əldə olunan vəsait əhalinin əsas gəlir mənbələrindən sayılır.(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar