Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yağan qar bu rayonu iflic etdi


Elektrik naqillərinin hamısı qırılıb yerə düşüb, sakinlər işıqsız qalıb


Lerik rayonuna mövsümün ilk qarı yağıb.

Ötən gecədən başalayaraq yağan qarın qalınlığı mərkəzdə 1-sm, ucqar kəndlərdə 15, dağlarda 25-30 sm-ə çatıb. Bir sıra yaşayış məntəqələrində yağan qar köhnə elektrik naqillərini və dirəkləri sıradan çıxarıb.

Nəticədə rayonun enerji verilişində fasilələr yaranıb. Enerji fasiləsinin yaşandığı Mistan kəndində sakinlər bunu elektrik təsərrüfatının bərbad vəziyyətdə olması ilə əlaqələndirirlər.

Kənd sakinləri deyir ki, elektrik naqillərinin hamısı qırılıb yerə düşüb. Elektrik dirəkləri aşıb. Elektrik naqillərini ağaca bərkidiblər. Sakinlər məcbur olub qazdan istifadə edirlər.

Lerik rayon İcra Hakimiyyətində də yaranmış enerji fasiləsinə rayonun enerji təsərrüfatının köhnə olmasının səbəb olması bildirildi.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, bu gün hazırda rayonun 20 yaşayış məntəqəsi işıqsızdır. Bununla bağlı iş aparılır. Gün ərzində işığın bərpa edilməsi üçün iş davam etdirilir.
Rayon FHK-dan aldığımız son məlumata görə rayonda 10-dan artıq kəndə enerji verilişi hələ də bərpa olunmayıb. Qarın yağması nəqliyyatın hərəkətində problem yaratmayıb.(ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar