Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP təşkilatının sədri vəfat etdi



Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, keçmiş deputat Fikrət İsmayılov dünyasını dəyişib


PİA.AZ xəbər verir ki, YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev APA-ya açıqlamasında bildirib ki, 81 yaşlı F.İsmayılov bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Fikrət İsmayıl oğlu İsmayılov 1935-ci il yanvarın 3-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olub. Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı oğlan orta məktəbini, daha sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat və istehsalat əsasları ixtisası üzrə bitirib. 1960-cı ilin noyabr ayından AMEA Fizika İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. 1973-cü ildə Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində Moskvadakı Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunun Bakı filialı yaradılıb və Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Fizika İnstitutundan bir neçə nəfər, o cümlədən Fikrət İsmayılov həmin instituta keçib. Həmin vaxtdan keçmiş SSRİ-nin süqutuna qədər orada fəaliyyət göstərib. SSRİ dağılandan sonra isə həmin institut Foto-Elektronika İnstitutu adı ilə Milli Elmlər Akademiyasının tabeçiliyinə verilib. Sonradan isə Fizika İnstitutu ilə birləşdirilib və Fikrət İsmayılov Fizika İnstitutunda laboratoriya rəhbəri kimi fəaliyyət göstərib. Fizika-riyaziyyat elmləri doktoru, professor F.İsmayılov 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransından etibarən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. Birinci çağırış (1995-2000) Milli Məclisin deputatı olub. 1993-cü il fevralın 20-dən YAP Yasamal rayon təşkilatına rəhbərlik edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar