Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP Leyla Yunusun həbsini istəyir, o isə...


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham edilməsi və sonradan barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilməsinə münasibət bildirib


E.İbrahimov publika.az-a deyib: “O adam ki gedib xaricdən qrant alıb gəlib Azərbaycan xalqının və dövlətinin əleyhinə fəaliyyət göstərir, əlbəttə, mən bu cür adamları pisləyirəm. Bu cür qrant alanlara nəzarət olunmalıdır.

Qrantların məqsədi bəlli olmalıdır. Heç kəs heç kəsə təmənnasız pul verməz. İndi xaricdən qrant alanların əksəriyyəti Azərbaycanın əleyhinə işləyən adamlardır. Bu baxımdan da Anar Məmmədlinin həbsinə siyasi don geydirməyi lüzumsuz hesab edirəm. Anar Məmmədli nə pis iş görübsə, buna görə də cəzasını almalıdır”.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun da fəaliyyətinə toxunan YAP-çı deputat bildirib:

“Bu adam da uzun illərdir xaricə işləyir. Leyla Yunus xaricin Azərbaycandakı agentidir. Bu adam xaricin Azərbaycanı qarışdırmaq planlarında iştirak edir. Ona görə də bu cür çirkin əməllərə görə hüquq-mühafizə orqanları qarşısında cavab verməlidir, bu adam cəzasını almalıdır”.

Leyla Yunus isə öz növbəsində virtualaz.org saytına açıqlamasında E.İbrahimovun tələbinə münasibət bildirib. Hüquq müdafiəçisi deyib ki, Soljenitsının taleyi onu həmişə valeh edib:

Azərbaycanda yaşadığım üçün mən həbsə Stalin dövründə olduğu kimi, mənəvi cəhətdən həmişə hazır olmuşam. Mən ölümü yataqda yox, döyüş, mübarizə meydanında qarşılamağa həmişə hazır olmuşam, indi də hazıram. Ona görə də əgər məni həbs etmək istəyirlərsə, ləngiməsinlər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar