Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP Gəncə şəhər Təşkilatının yaradılmasının 21 ili tamam olur


Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının yaradılmasının 21 ili tamam olur


1993 - cü il 23 iyulda  dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, Yeni Azərbaycan Partiyasının dahi Heydər Əliyev ənənələrinə sadiq bir qrup təəssübkeşinin iştirakı ilə Gəncə şəhər Təşkilatının təsis konfransı keçirildi.  Həmin vaxt partiya sıralarına gələnləri yalnız bir məqsəd düşündürürdü: Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək. Xalq isə ulu öndər Heydər Əliyevdən kömək gözləyirdi. Xalqın təkidli tələbi ilə  görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldi. Onun  memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. Dahi Heydər Əliyev müdrik  və uzaqgörən siyasəti ilə xalqı nicat yoluna çıxardı, müstəqilliyimizi əbədi və dönməz etdi.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının 21 illik mübarizə tarixində çətin və şərəfli missiyanı yerinə yetirən partiya veteranlarının, ziyalıların, gənclərin, qadınların layiqli xidmətləri unudulmazdır. Şəhər Təşkilatı fəaliyyət göstərdiyi 21 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib ideoloji iş təcrübəsini  təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının  qələbələrinə öz töhfələrini verib.

 Hazırda 258 ərazi ilk partiya təşkilatında 31069 nəfər partiya üzvü birləşir. Onların 57 faizi gənclər, 63 faizi qadınlardır. 2013 cü ildə partiya sıralarına 3499 nəfər,  bu ilin altı ayında isə 1146 nəfər qəbul edilib. Partiya sıralarına gələnlərin əksəriyyətinin gənclər olması Azərbaycan Respublikasının Prezidenti,  Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqımızın bütün təbəqələrinin, xüsusən gənclərin arasında yorulmaz fəaliyyəti, misilsiz xidmətləri ilə daha böyük inam və etibar,  hörmət və nüfuz  qazanmasını təsdiq edir.

Ölkə rəhbərliyinin hərtərəfli qayğısı, Heydər Əliyev Fondunun köməyi və dəstəyi, şəhər icra strukturunun səmərəli fəaliyyəti nəticəsində son illər Gəncədə böyük uğurlar əldə edilib. Bu uğurların qazanılmasında şəhər partiya  təşkilatının müstəsna xidmətləri vardır.  Şəhər rəhbərliyi ilə  partiya təşkilatı arasında yaranan sıx əlaqələr qazanılan qələbələrin əsas meyarıdır.

Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının fəaliyyəti kökündən dəyişib, yenilənib və daha da canlanıb. Keçirilən tədbirlər, diskussiyalar, müzakirələr, seminarlar, dəyirmi masalar, forumlar, konfranslar gənclərin fəallığına, ideoloji-siyasi səviyyəsinin yüksəlməsinə, fəal həyat mövqeyinin formalaşmasına əhəmiyyətli təsir göstərir.

Bütün gəncəlilər,  xüsusən  partiya  fəalları ölkəmizdə, qədim Gəncə şəhərində sürətli  inkişaf  və  tərəqqinin  uğurlarına sevinir, Vətənimizin dünya miqyasında  nüfuzunun artmasına görə qürur duyurlar. Bu qələbələrə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya, ölkə başçısının sərəncam və göstərişlərini yüksək təşkilatçılıqla yerinə yetirən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Elmar Vəliyevə dərin minnətdarlıq bildirirlər.

Biz - bütün partiya fəalları bəyan edirik ki, xoşbəxt gələcəyimizin və qələbələrimizin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə daim birlikdəyik.

YAP Gəncə şəhər Təşkilatının yaradılmasının 21 illiyi münasibəti  ilə İdarə Heyəti və Şura üzvləri adından bütün partiya üzvlərini səmimi-qəlbdən təbrik edir, Vətənimizin tərəqqisi, xalqımızın firavanlığı, xoşbəxt gələcəyi, doğma şəhərimiz Gəncənin inkişafı, daha da gözəlləşməsi naminə ictimai-siyasi fəaliyyətlərində yeni-yeni qələbələr arzulayıram.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar