Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-ın qaranlıq adamı haqqında inanılmaz iddialar: saxta diplom, fərari, priton...


Ağdaş YAP-çılarından iddia: “Cavid Osmanov fəraridir və 1991-1995 ci illərdə hərbi mükəlləfiyyətli olsa da, müxtəlif yollarla hərbi xidmətdən yaynıb”


Cavid Osmanovu 90 saylı Ağdaş Seçki Dairəsindən hakim partiyanın namizədi olaraq irəli sürülməsi rayonda əksər YAP üzvlərini şaşırıb. Xüsusən qocaman YAP-çılar Osmanovun namizədliyini dəstəkləməkdən imtina edib. 

Bu barədə MilliYol.az-a ünvanlanan anonim məktubda bildirlir. Məktubda qeyd olunur ki, hələ Cavid Osmanov YAP-ın Ağdaş təşkilatına sədr seçildiyi vaxt veteranlar bu “seçimə” qarşı olublar və onlar “seçimi” bilinməyən fiqurun sifarişi kimi qarşılayıblar.

Qeyd edək ki, MilliYol.az-a ünvanlanan anonim məktubda YAP-ın Ağdaş təşkilatının sədri və 90 saylı Ağdaş Seçki Dairəsindən hakim partiyanın namizədi olan Cavid Osmanovla bağlı inanılmaz və sensasion iddialar yer alır. Biz hazırda bu məlumatların ancaq bir qismini oxucularımızın diqqətinə çatdırır və qeyd edirik ki, iddialarla bağlı bir neçə gün əvvəl Ağdaş şəhərində YAP-ın qərərgahında Cavid Osmanovla görüşməyə cəhd etdik. Məqsədimiz YAP namizədinin iddialarla bağlı mövqeyini öyrənmək idi. Lakin Cavid Osmanov iş vaxtı olmasına baxmayaraq, qərərgahda olmadı. Qəqərgahdakı nümayəndələr onunla əlaqə saxlayaraq bizim xahişimizi ona çatdırsa da, Cavid Osmanov hazırda kənarda olduğunu və YAP qərərgahına gələ bilməyəcəyini bildirdi. Bu üzdən biz iddialarla bağlı onun fikirlərini öyrənə bilmədik. Buna baxmayaraq, iddalarla bağlı Cavid Osmanov mövqeyini bildirmək üçün redaksiymıza müraciət edərsə, onun mövqeyini dərc etməyə hazırıq.

MilliYol.az-a ünvanlanan anonim məktubda bildirlir ki, Cavid Osmanov öz əxlaqi və mənəvi dəyərləri ilə YAP-ı və Ağdaş sakinlərini Millli Məclisdə təmsil edə bilməz. Çünki haqqında yayılan xəbərlərə, gəzən şayilərə görə Ağdaş sakinlərini onun Milli Məclisdə onları təmsil eməsini ilə özlərini təhqir hesab olunmuş hesab edirlər. 

Bildirilir ki, hətta sakinlərlə, həmçinin YAP üzvləri ilə eyni fikri rayon rəhbərliyi də paylaşır. Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov da Cavid Osmanovun onun birinci müavini olmasına və YAP-a rəhbərlik etməsinə ilk gündən qarşı çıxıb. Amma hansısa görünməz güc daim Cavid Osmanovu müdafiə edir və onu irəli çəkir. Məktubda qeyd olunur ki, Tofiq İbrahimov Cavid Osmanovu deputat olaraq rayondan getməsinə heç də pis baxmır. Lakin onun Ağdaşı Milli Məclisdə təmsil etməsinə icra başçısı da qarşı çıxır.

Qeyd edək ki, özlərini Ağdaş YAP-çılarının veteranları adlandıran anonim müəlliflər bildirirlər ki, Cavid Qurbanov fəraridir və 1991-95 ci illərdə hərbi mükəlləfiyyətli olsa da, müxtəlif yollarla hərbi xidmətdən yaynıb. Daha sonra isə Cavid Osmanov ölkəni tərk edərək xaricə qaçıb. Azərbaycana qayıtdıqdan sonra isə rüşvət verərək hərbi bilet aldığı qeyd olunur.

Məktubda qeyd olunur ki, hər nə qədər gizlətməyə çalışsa da, Fətulla Gülənin gizli müridlərindən hesab olunur. Fətullarçılarla isə Cavid Osmanovun yolları hərbi xidmətdən qaçıb xaricdə olarkən kəsişib. Qeyd edək ki, Cavid Osmanovun saxta diplomu, saxta hərbi bileti və fətullaçılarla əlpaqələri, xüsusi ilə nurçuların Azərbaycandakı şəbəkəsi ilə əlaqələri tərəfimizdən araşdırılr. 

Qeyd olunan məktubda digər iddalar da yer alır ki, onlardan biri də Cavid Osmanovun Bakı da və bir sıra rayonlarda gizli "priton" biznesi ilə əlaqəli olmasıdır. Bütün bu iddaları araşdıraraq yaxın günlərdə geniş və ətraflı şəkildə oxucularımıza təqdim edəcəyik. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar