Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-ın Şəmsəddin Hacıyevlə bağlı planı


Komitə sədri və kürəkəni ilə bağlı plan - Akademiki deputatla əvəzləyəcəklər


Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, YAP Səbail rayon təşkilatının sədr əvəzi Şəmsəddin Hacıyevlə bağlı gizli planı həyata keçirmək üzrədir.

Strateq.az-ın xəbərinə görə, Əli Əhmədov Şəmsəddin Hacıyevin YAP Səbail rayon təşkilatına sədr seçilməsini təmin etmək istəyir: "Artıq bu plan reallaşmaq üzrədir. Mayın 6-da təşkilatın növbəti konfransı çağırılacaq və Şəmsəddin Hacıyevin yeni vəzifəsinə təsdiqlənməsi gerçəkləşdiriləcək”.

Məlumatda o da bildirilir ki, Əli Əhmədovun Ş.Hacıyevlə bağlı planı onun təkcə təşkilat sədri vəzifəsinə gətirilməsi ilə bitmir:

"Şəmsəddin Hacıyev təşkilatın sədri seçildikdən sonra onunla bağlı digər plan işə salınacaq. Belə ki, qarşıdan gələn parlament seçkisində Şəmsəddin Hacıyev bu dəfə Göyçaydan deyl, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən nazmizədliyini irəli sürəcək. Hakim partiya onu həmin dairə üzrə Milli Məclisə seçilmiş akademik Ziyad Səmədzadə ilə əvəzləməkdə qərarlıdır. YAP-da düşünürlər ki, 75 yaşlı akademik artıq qocalıb və onu nisbətən cavan, yəni 65 yaşlı professor Şəmsəddin Hacıyev əvəzləməlidir”.



Əli Əhmədovun Şəmsəddin Hacıyevə bu qədər dəstək olmasının özəl səbəbləri olduğunu deyən müsahibimiz bu barədə açıqlama vermək istəməyib. Ancaq onu da bildirib ki, Şəmsəddin Hacıyevin həmin dairə üzrə namizədliyinin irəli sürülməsi də əvvəlcədən detallı düşünülüb:

"Bilirsiniz ki, Şəmsəddin Hacıyev 10 il Dövlət İqtisad Universitetinin rektoru olmaqla yanaşı, YAP-ın Səbail rayon təşkilatında təmsil olunub. O, bu zaman Səbailin icra başçısı ilə də sıcaq əlaqələr qurub. Nəsiminin icra başçısı Nəsib Məhəməliyevə gəldikdə isə, o, zatən Şəmsəddin Hacıyevin təmsil olunduğu qruplaşmanın, yəni nəqliyyat naziri Ziya Məmmədovun himayəsində olan adamdır. Bir sözlə, Şəmsəddin Hacıyev hər iki rayondan inzibati dəstək almaqda zorlanmayacaq”.



Məlumatda o da qeyd olunur ki, Şəmsəddin Hacıyevlə bərabər, onun kürəkəni, YAP Gənclər Birliyinin sədri Seymur Orucovun da budəfəki parlament seçkisində iştirak edəcəyi artıq dəqiqləşib: "Əgər bu plan baş tutsa, o zaman parlamentimizdə "qayınata-kürəkən fraksiyası”nı da görəcəyik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar