Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-dan 7 rayonun qaytarılması barədə açıqlama


“Amerikalı diplomatın dedikləri yeni bir şey deyil”


Qarabağla bağlı aparılan danışıqlar mərhələli və paket variant üzrə aparılıb.

"Mərhələli varianta əsasən, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağa bitişik rayonları qaytarılır, qarşılıqlı təmas yaranır, ondan sonra Dağlıq Qarabağın statusunun müəyyən olunması prosesi gedir".

Bunu Yeni Müsavat-a açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycanın nəzarətinə qaytarılmalı olması barədə bəyanatını şərh edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.

S. Novruzovun sözlərinə görə, ikinci varianta əsasən, həm status, həm o rayonların taleyi birbaşa müəyyənləşir, məsələlər paket halında həllini tapır.

“Ona görə də 7 rayonun qaytarılması barədə amerikalı diplomatın dedikləri yeni bir şey deyil. İstər Amerika, istər Rusiyanın ayrı-ayrı siyasətçiləri tərəfindən bu məsələ mütəmadi şəkildə səsləndirilir. Hətta bir müddət öncə 3, yaxud 5 rayon söhbəti aparılırdı. Bildirilirdi ki, LaçınKəlbəcəri çıxmaq şərti ilə digər rayonlar qaytarılır və bufer zona yaradılır, sülhməramlılar yerləşdirilir”, - deyə, o, bildirib.

YAP təmsilçisi qeyd etdi ki, əslində Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan üçün mühüm əhəmiyyətli hadisə sayılmamalıdır:

“Regionda stabilliyin yaranması üçün bu münaqişənin həlli aktuallaşmalıdır. Çünki dünyada kifayət qədər yeni münaqişələr var və yeniləri də başlayıb. Görünən budur ki, münaqişələrin həlli uzun sürəcək. Ona görə də Cənubi Qafqazda stabilliyin bərqərar olması üçün mütləq Qarabağda sülhə nail olmaq lazımdır”.

S.Novruzov son zamanlar həmsədrlərin fəallaşmasını təsadüfi saymadığını vurğuladı:

“Fikirləşməyin ki, onlar bunu bizim xeyrimizə edirlər. Onlar əslində Ermənistanı düşdüyü vəziyyətdən çıxartmaq  istəyirlər. Ermənistanda iqtisadi böhran, insanların ölkəni tərk etməsi, əhalinin davamlı kütləvi aksiyalara çıxması, konstitusiya dəyişikliyi ilə bağlı referendum etirazlarını Amerikada da izləyirlər. Özü də Ermənistandan köçənlərin əksəriyyəti ABŞ-a üz tutur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar