Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-çı deputatın işi antikorrupsiya idarəsində


Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sabiq rektor Şəmsəddin Hacıyevin rəhbərlik etdiyi dövrü araşdırır; ittihamlar təsdiq edilərsə...


Yanvarın 17-də Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransında baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ictimaiyyətin maraqla izlədiyi bir məsələ haqda da danışıb. K.Əliyev  jurnalistlərin suallarına cavab olaraq Hesablama Palatasının Azərbaycan Dövlət İqtisad Universitetində apardığı yoxlama materiallarına dair təhqiqatın davam etdiyini bildirib. O, istintaqın gedişi ilə bağlı əlavə məlumat verməyib. 

Qeyd edək ki, ötən ilinin oktyabr ayının  25-də də Kamran Əliyev bu mövzu ilə bağlı  danışarkən bildirib ki, konkret olaraq kimlərin məsuliyyətə cəlb olunması istintaqın yekununda bilinəcək: “Bu barədə mətbuata da məlumat verilib. İstintaqda nə qədər şəxsin dindirildiyini deyə bilmərəm. Yoxlamalar təyin etmişik. Sənədlərin götürülməsi üçün istintaq hərəkətləri davam etdirilir”.

Həmin vaxt  sabiq rektorun  dindirilməsi ilə bağlı mediada yayılan xəbərlərlə bağlı K.Əliyev bunları  demişdi: “Bununla bağlı bir söz deyə bilmərəm. Çünki həmin işlə bağlı dindirmələr davam edir. Konkret adıçəkilən və digər şəxslərlə bağlı məlumat verə bilmərəm”.

Ş.Hacıyevin özü isə son vaxtlar bu məsələ barədə danışmır. O, yalnız  bir dəfə açıqlama verərək “mən bu məsələ ilə bağlı heç bir yerə dəvət olunmamışam və niyə də dəvət olunmalıyam ki?” deyib. Mediada isə onun istintaqa çağırılıb dindirildiyi barədə iddialar var. 

K.Əliyev bu dəfə də konkretləşdirməsə də, istintaqın  davam etdiyini təsdiq edib. Əgər istintaq nəticəsində mənimsəmələrin sabiq rektorun dövründə baş verdiyi, Ş.Hacıyevin bu işdə məsuliyyəti olduğu təsdiqlənərsə, o halda Baş Prokurorluq təqdimatla Milli Məclisə müraciət etməlidir. Təqdimat Milli Məclisdə razılaşdırılarsa, onun mandatı ləğv olunmalıdır.

Qeyd edək ki, sentyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Universitetdə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Hesablama Palatası ile ilgili görsel sonucu

İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə edən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, 179.3.2-ci maddə üzrə 7 ildən 12 ilədək, 308.2 maddə ilə isə 3 ildən 8 ilədək cəza nəzərdə tutulur.(“Yeni Musavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar