Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-çı deputat Moskvanı ittiham etdi


“Azərbaycan Rusiyanın bu qərarından çox narazıdır”


Rusiyanın bu addımı AzərbaycanErmənistan prezidentlərinin qarşıdakı görüşünün nəticələrini sıfıra endirmək məqsədi daşıyır”.

Bunu Trend-ə millət vəkili Elman Nəsirli deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun əsas missiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olmaqdır: "Onun hər bir üzvünün fəaliyyətində tərəfsizlik, obyektivlik, neytrallıq əsas prinsiplərdir. Lakin təəssüf ki, bu gün biz Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiyanın müəyyən hərbi-siyasi dairələrinin Ermənistanı silahlandırdığını görürük".

Deputat bildirib ki, Azərbaycan Rusiyanın bu addımından, yəni Ermənistana 2015-ci ildəki razılaşmada nəzərdə tutulan 200 milyon dollarlıq kreditdən 100 milyonunun ayrılması ilə qərardan çox narazıdır: "Bu qərar hərbi təyinatlıdır, Ermənistana müasir silah-sursatların ayrılmasını ehtiva edir. Bu, artıq Rusiya tərəfindən Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsinə deyil, onun idarə olunmasına yönəlmiş bir siyasətdir. Özü də belə bir addım AzərbaycanErmənistan prezidentlərinin Cenevrə görüşü ərəfəsində atılır. Bu o deməkdir ki, Ermənistan prezidenti həmin görüş ərəfəsində mövqelərini möhkəmləndirir. Mövqelərini möhkəmləndirən Ermənistan prezidentinin isə danışıqlar prosesində nə qədər qeyri-konstruktiv mövqe tutacağını proqnozlaşdırmaq elə də çətin məsələ deyil. Yəni Rusiyanın atdığı bu addım prezidentlərinin qarşıdakı görüşünün nəticələrini sıfıra endirmək məqsədi daşıyır. Bu isə özlüyündə regionda münaqişənin nizamlanması işinə zərbədir, münaqişənin dinc yolla həlli imkanlarını buxovlayan bir addımdır".

E.Nəsirov vurğulayıb ki, Rusiya münaqişənin həlli ilə bağlı dinc prosesə sadiq qaldığını nə qədər bəyan etsə də, onun bu fəaliyyəti münaqişənin müharibəyə çevrilməsini şərtləndirən amildir: "Hesab edirəm ki, bu addım nəticə etibarilə regionda təhlükəsizliyə sarsıdıcı zərbə endirə bilər və bunun nəticəsində də regionda daha mürəkkəb bir vəziyyət formalaşa bilər. Əlbəttə ki, belə situasiyaya görə məsuliyyət ilk növbədə Ermənistanın, onu silahlandıran Rusiyanın müəyyən hərbi-siyasi dairələrinin, eləcə də beynəlxalq ictimaiyyətin üzərinə düşəcək. Təbii ki, bu halda Azərbaycan heç bir məsuliyyət daşımır. Azərbaycan münaqişəsinin dinc yolla həllini istəyir".

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

 pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar