Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xüsusi prokuror Trampı dindirməyə hazırlaşır


"The Independent" yazır ki, bəzi xəbərlərə görə, ABŞ-da xüsusi prokuror Robert Müller prezident Donald Trampı, onun Ceyms Komi və Maykl Flinni vəzifələrindən kənarlaşdırması ilə bağlı sorğu-sual etmək istəyir. Belə güman edilir ki, xüsusi prokuroru maraqlandıran prezidentin ədalətə maneçilik törədib-törətmədiyidir


Bu da xəbər verilir ki, Rusiya ilə Tramp arasında mümkün sövdələşməni araşdıran Müller prezidentlə yaxın həftələrdə danışmaq istəyəcək.

"The Independent" xatırladır ki, Müllerin xüsusi prokuror təyin edilməsinə məhz 2017-ci ilin mayında Kominin vəzifəsindən çıxarılması səbəb olmuşdu.

O vaxt FTB direktoru olan Ceyms Komi Tramp kampaniyasının Rusiya rəsmiləri ilə mümkün əlaqələrini və Moskvanın ABŞ seçkisinə müdaxiləsini araşdırırdı.

Müllerin artıq Komini sorğu-sual etdiyi barədə xəbərlər yayılıb.

Komi Konqres qarşısında ifadə verərkən demişdi ki, Tramp ondan o vaxtkı milli təhlükəsizlik müşaviri Maykl Flinnə dair təhqiqatın dayandırılmasını istəyib.



"The Washington Post" qəzeti yazır ki, bütün bunlar xüsusi prokurorun prezident Trampın ədalətin qarşısını almağa cəhd edib-etmədiyini üzə çıxarmağa çalışdığını göstərir.

Bu ayın əvvələrində verilmiş xəbərlərdə deyilridi ki, cənab Trampın vəkilləri onun Müllerin suallarına cavab verməsinin təşkili məsələsini müzakirə edirlər.

Vəkillər eyni zamanda cənab Trampı Müllerin mümkün çətin suallarına hazırlayırlar. Dindirmənin üzbəüz, şifahi, yoxsa yazılı olub-olmayacağı, hələlik bilinmir.

Cənab Tramp dostları ilə söhbətlərində ümid etdiyini bildirib ki, Mueller-in təhqiqatı son nəticədə onu təmizə çıxaracaq.

Hələlik nə Ağ Ev, nə də Müllerin ofisi bu xəbərləri şərh etməyib.

Bundan əvvəl prezident Tramp Müllerin suallarına cavab verməyə hazır olub-olmadığı barədə heç nə deməyib.

"Baxaq, görək, nə olur?" -Tramp bu ayın əvvəllərində jurnalistlərə deyib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar