Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocavəndin baş həkimi Eyvaz Hüseynova villa tikdirir?


İcra başçısı üçün tikilən villanın yaxınlığında isə, baş həkim özünə məxsus olan kiçik bir villanı da təmir etddirir


Xocavənd Səhiyyə İdarəsinin müdiri Nurəngiz Bəşirova Xocavənd icra hakimiyyətindən ayrılan yardım pullarını başçının kabinetində bölürlər? 

Xocavənddən AzMedi.info-ya daxil olan məlumata görə rayon xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova icra başçısı Eyvaz Hüseynova Şamaxı rayonu Pirqulu kəndi yaxınlığında villa tikdirir. Daxil olan məlumata görə, icra başçısı Eyvaz Hüseynov üçün tikilən həmin villanın xərcini rayon xəsətəxanasının baş həkimi Nürəngiz Bəşirova çəkir. İcra başçısının vilasının yaxınlığında isə baş həkim özünə məxsus olan kiçik bir villanı da təmir etdirir. 



Mənbə bildirir ki, Nürəngiz Bəşirova hər il dövlət büdcəsindən ayrılan yüz min mantalarla vəsait müxtəlif işlərin adı altında silərək mənimsəyir. Baş həkimin büdcədən sildiyi bütün vəsaitlərin tək ortağı isə, rayon icra başçısı Eyvaz Hüseynovolduğu qeyd olunur. Son iki ildə rayon səhiyyə sisteminə üst-üstə 480 min manat dərman və ərzaq pulu ayrıldığı və bu vəsaitin bütünlükdə mənimsənildiyi iddia olunur.

Qeyd edək ki, dəfələrlə Xocavənd rayon xəstəxanasının baş həkimi ilə bağlı mətbuatda müxtəlif şikayətlər işıqlandırılıb və Səhiyyə Nazirliyi də Xocavənd səhiyyə sistemində yoxlamalar nəticəsində dəfələrlə korrupsiya faktları aşkarlasa da, hər dəfə Nürəngiz Bəşirovanın Eyvaz Hüseynovun koməkliyi ilə problemlərdən “qurtulduğu” bildirilir. 

Mənbə iddia edir ki, icra başçısı baş həkimin maliyyə maxinasiyasında ən böyük korrupsiya rayon daxili büdcəsindən Mərkəzi Xəstəxanaya ayrılan maliyyə yardımları ətrafında baş verir. Belə ki, həmin yardımlar sadəcə kağız üzərində olur və ayrılan vəsaitlər birbaşa İcra başçısının kabinetində Nürəngiz Bəşirova ilə Eyvaz Hüseynov arasında bölüşdürüldüyü qeyd olunur.

Redaksiyadan: iddilarla bağlı adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq. (azmedia.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar