Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı soyqırımı ilə bağlı Vyanada aksiya keçirilib


Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi fevralın 24-də Vyana şəhərinin mərkəzində yerləşən və piyadaların gur hərəkət etdiyi Qraben küçəsində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib


Küçədə qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib.

İştirakçılar üzərində “Xocalıya ədalət!” sözləri yazılmış böyük ölçülü plakatla meydandan keçən insanların diqqətini aksiyaya yönəldib, Heydər Əliyev Fondu tərəfindən buraxılmış informasiya materiallarını və almanca hazırlanmış vərəqələri yerli sakinlər arasında yayıblar.

Dərnəyin fəalları aksiyaya maraq göstərən insanlarla söhbət edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylərdən bəhs ediblər. Onlar Xocalı faciəsinin tarixi ilə maraqlanan Vyana sakinlərinə informasiya vərəqələri ilə yanaşı, matəmin rəmzi olaraq qərənfillər də paylayıblar.

Aksiya çərçivəsində Vyana Musiqi və İncəsənət Universitetinin tələbəsi Puria Osanlı skripkada matəm musiqisi ifa edib. (AzərTAc)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar